Uşaqları təhlükəli oyunlardan necə qoruyaq? | Icma.az
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq. Müasir dövrdə uşaqların kompüter oyunlarına, xüsusilə də döyüş, müharibə və şiddət mövzuların
Bu cür oyunlar adətən gerçək həyatda təcrübə edə bilməyəcəkləri həyəcanı, güc hissini və macəra duyğusunu təqdim edir.
Belə oyunların uşaqlar üçün cəlbedici olmasının əsas səbəbi onları real həyatdan fərqli bir dünyaya apararaq özlərini qəhrəman kimi hiss etdirə bilməsidir.
Bununla yanaşı, şiddət elementlərinin vəhşilik, qorxu və gərginlik yaratması uşaqların marağını daha da artırır.
Bəs bu cür oyunlar uşaqların psixologiyasına necə təsir edir?
Psixoloq Zeynəb Əyyubova Metbuat.az-a açıqlamasında bildirib ki, uşaqlar üçün oyun yalnız əyləncə vasitəsi deyil, eyni zamanda öyrənmə, inkişaf və duyğularını ifadə etmə vasitəsi kimi xidmət edir.
Onun sözlərinə görə, bəzi oyun növləri, xüsusilə də şiddət, müharibə və dava elementləri daşıyan oyunlar, uşağın psixologiyasına ciddi təsir göstərə bilir: “Məlumdur ki, bəzi oyunların mənfi təsiri də mövcuddur.
Məsələn, uşaqlar şiddətli oyunlarda davranış modellərini öyrənərək bu modelləri real həyatla qarışdırma riski ilə üzləşə bilirlər.
Tam oxu
Xəbəri oxu