Icma.az
close
up
RU
Uşaqları təhlükəli oyunlardan necə qoruyaq?

Uşaqları təhlükəli oyunlardan necə qoruyaq?

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Müasir dövrdə uşaqların kompüter oyunlarına, xüsusilə də döyüş, müharibə və şiddət mövzularını əhatə edən oyunlara olan marağı diqqət çəkir. Bu cür oyunlar adətən gerçək həyatda təcrübə edə bilməyəcəkləri həyəcanı, güc hissini və macəra duyğusunu təqdim edir. Belə oyunların uşaqlar üçün cəlbedici olmasının əsas səbəbi onları real həyatdan fərqli bir dünyaya apararaq özlərini qəhrəman kimi hiss etdirə bilməsidir. Bununla yanaşı, şiddət elementlərinin vəhşilik, qorxu və gərginlik yaratması uşaqların marağını daha da artırır.

Bəs bu cür oyunlar uşaqların psixologiyasına necə təsir edir?

Psixoloq Zeynəb Əyyubova Metbuat.az-a açıqlamasında bildirib ki, uşaqlar üçün oyun yalnız əyləncə vasitəsi deyil, eyni zamanda öyrənmə, inkişaf və duyğularını ifadə etmə vasitəsi kimi xidmət edir.

Onun sözlərinə görə, bəzi oyun növləri, xüsusilə də şiddət, müharibə və dava elementləri daşıyan oyunlar, uşağın psixologiyasına ciddi təsir göstərə bilir:

“Məlumdur ki, bəzi oyunların mənfi təsiri də mövcuddur. Məsələn, uşaqlar şiddətli oyunlarda davranış modellərini öyrənərək bu modelləri real həyatla qarışdırma riski ilə üzləşə bilirlər. Əgər uşaq oyun zamanı qəhrəmanın döyüşməklə problemi həll etdiyini müşahidə edirsə, real həyatda da eyni davranışa üstünlük verə bilir. Bundan başqa, daim "vurmaq", "öldürmək", "qalib gəlmək" üzərində qurulan oyunlar uşaqlarda empatiya, mərhəmət və anlayış hisslərini zəiflədə bilir. Gərgin və şiddətli səhnələr isə yuxu pozğunluqları, qorxular və kabuslar yarada bilir. Uşaqlar virtual aləmdə çox vaxt keçirdikdə real həyatdan uzaqlaşaraq sosial bacarıqları inkişaf etdirməkdə çətinlik çəkə bilir, diqqət dağınıqlığı və öyrənmə çətinlikləri yaşayırlar”.

Psixoloq bu cür oyunların müsbət tərəflərini də istisna etməyib:

“Bəzi döyüş və müharibə oyunlarında strategiya qurmaq, qərar vermək və planlama bacarıqları inkişaf edir və bu da uşağın düşüncə çevikliyini artırır. Onlayn oynanılan komanda əsaslı oyunlar isə əməkdaşlıq və birlikdə işləmək bacarıqlarını inkişaf etdirməyə kömək edə bilir. Video oyunlar həmçinin əl-göz koordinasiyasını və sürətli reaksiya qabiliyyətini gücləndirir”.

Z.Əyyubova qeyd edib ki, burada uşağın yaşı, inkişaf səviyyəsi və oyunun məzmunu çox önəm daşıyır:

“Çünki 5 yaşlı bir uşaqla 14 yaşlı yeniyetmə eyni oyundan fərqli təsir ala bilir. Buna görə də valideynlər uşaqların hansı oyunları oynadığını bilməli və izləməlidirlər. Şiddət səviyyəsi yüksək olan oyunlardan uzaq durmaq uşaqlar üçün daha sağlam bir seçimdir. Hər oyunun yaş uyğunluğu göstəricisi mövcuddur və bu göstəricilərə diqqət yetirilməlidir. Bundan əlavə, oyuna sərf olunan vaxt məhdudlaşdırılmalıdır. Məsələn, gündə 30-60 dəqiqədən çox olmamaq şərti ilə oyun oynanması daha məqsədəuyğundur. Uşaqlara müsbət və yaradıcılığa söykənən alternativ fəaliyyətlər, məsələn, musiqi, idman, rəsm və açıq hava oyunları təklif edilməlidir. Beləliklə, şiddət və müharibə oyunları, xüsusilə də nəzarətsiz və həddindən artıq istifadə olunduqda, uşaqların psixoloji və emosional inkişafına mənfi təsir göstərə bilir. Bu oyunların müsbət yönləri isə yalnız yaşa uyğun, dozalı və valideyn müşahidəsi altında oynandıqda özünü göstərə bilir”.

Uşaqlar üçün uyğun olmayan şiddət məzmunu olan oyunları necə filtrasiya etmək olar?

İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, uşaqların yaşına uyğun olmayan, xüsusilə şiddət və zorakılıq məzmunlu oyunlardan qorunması üçün bir sıra texniki vasitələr mövcuddur:

“Ən geniş yayılmış üsullardan biri valideyn nəzarət sistemləridir. Bu funksiyalar “Windows”, “Xbox”, “PlayStation”, “Android” və “iOS” platformalarında daxili şəkildə mövcuddur və oyunlara yaş məhdudiyyəti, vaxt limiti və məzmun filtrasiyası tətbiq etməyə imkan verir. Məsələn, “Microsoft Family Safety” və “Google Family Link” vasitəsilə uşağın oynadığı oyunlara və keçirdiyi vaxta real vaxtda nəzarət mümkündür”.

E.Abbasov qeyd edib ki, digər effektiv yanaşma evdə internet səviyyəsində filtrasiya sistemlərinin tətbiqidir:

“”OpenDNS”, “NextDNS” və ya “CleanBrowsing” kimi xidmətlər vasitəsilə şiddət və uyğun olmayan oyun saytları avtomatik bloklana bilər. Bundan əlavə, beynəlxalq ESRB və PEGI reytinq sistemləri əsasında valideynlər hansı oyunların yaş uyğun olduğunu müəyyən edə bilərlər. Bu texniki vasitələrə paralel olaraq, valideynlərin övladları ilə açıq ünsiyyət qurması və onların rəqəmsal seçimlərini izləməsi də son dərəcə vacibdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 İyun 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri