Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Uşaqları telefondan, televizordan uzaq tutun”.Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlıq həkimlərin və psixoloqların daim valideynlərə etdikləri xəbərdarlar arasında birincidir.
Bu vasitələrin uşağın inkişafına mane olduğu bildirilir.Lakin bir reallıq var ki, bu gün hər kəs telefondan, internetdən asılı bir həyat yaşayır.
Hətta uşaq telefonda izlədiklərini gündəlik həyatında təkrarlamağa çalışır.
Bu aspektdən yanaşsaq, telefon izləyən uşaqlara maarrifləndirici videoların izlədilməsi onların inkişafı üçün müsbət nəticələrə səbəb ola bilməzmi?
Doğrudanmı, telefon və televizor uşaqları zehni inkişafdan saxlamağa qadirdir?Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, telefon və digər texnoloji vasitələr artıq həyatımızın tərkib hissəsidir.
Ona görə də bu vasitədən imtina edə bilmərik.Onun sözlərinə görə, indiki zəmanədə müəllimlər, valdieynlər, həkimlər, hətta sosial şəbəkə müzakirələrində uşağın əlinə telefon verilməməsi ilə bağlı çağırışlar edilir."Biz bu gün valideynləri və şagirdləri telefondan təcrid etsək, hansı vəziyyət yarana bilər?
İndiki vaxtımızda xüsusilə yuxarı sinif şagirdlərinin əksəriyyəti müəllimlərdən daha informasiyalı hesab olunur.