Icma.az
close
up
RU
Uşaqları telefondan təcrid etsək, hansı vəziyyət yarana bilər?

Uşaqları telefondan təcrid etsək, hansı vəziyyət yarana bilər?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uşaqları telefondan, televizordan uzaq tutun”.

Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlıq həkimlərin və psixoloqların daim valideynlərə etdikləri xəbərdarlar arasında birincidir. Bu vasitələrin uşağın inkişafına mane olduğu bildirilir.

Lakin bir reallıq var ki, bu gün hər kəs telefondan, internetdən asılı bir həyat yaşayır. Hətta uşaq telefonda izlədiklərini gündəlik həyatında təkrarlamağa çalışır. Bu aspektdən yanaşsaq, telefon izləyən uşaqlara maarrifləndirici videoların izlədilməsi onların inkişafı üçün müsbət nəticələrə səbəb ola bilməzmi? Doğrudanmı, telefon və televizor uşaqları zehni inkişafdan saxlamağa qadirdir?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, telefon və digər texnoloji vasitələr artıq həyatımızın tərkib hissəsidir. Ona görə də bu vasitədən imtina edə bilmərik.

Onun sözlərinə görə, indiki zəmanədə müəllimlər, valdieynlər, həkimlər, hətta sosial şəbəkə müzakirələrində uşağın əlinə telefon verilməməsi ilə bağlı çağırışlar edilir.

"Biz bu gün valideynləri və şagirdləri telefondan təcrid etsək, hansı vəziyyət yarana bilər? İndiki vaxtımızda xüsusilə yuxarı sinif şagirdlərinin əksəriyyəti müəllimlərdən daha informasiyalı hesab olunur. Bunun səbəbi uşağın əlində dünyanı birləşdirən bir vasitənin olmasıdır. Uşaq telefon vasitəsilə keçəcəyi dərsi və ona uyğun əlavə məlumatları öyrənə bilir. Sadəcə olaraq uşağın vaxtından tez telefondan istifadəsi onun dərsdən yayınmasına və gələcəklə bağlı baxışlarının artıq dəyişilməsinə səbəb ola bilər".

M.Məmmədlinin fikrincə, telefon və digər texnoloji vasitələrin istifadəsində daha çox azyaşlılara nəzarət edilməsinə ehtiyac var.

"Valideynlər çalışmalıdırlar ki, övladları texnoloji vasitələrdən faydalı istifadə etsinlər. Bu gün uşaqlara qadağa etmək mümkün deyil. Ona görə də valideynlər telefondan istifadənin uşağın gələcəyinin inkişafına təkan verməsinə çalışmalıdır”.

Məzahir Məmmədli: Texnoloji vasitələrin istifadəsində daha çox azyaşlılara nəzarət edilməsinə ehtiyac var

Müsahibimiz qeyd edib ki, nəzərə alaq ki, bu gün şagirdlərin də əksəriyyəti onlayn qaydada yüklənib. Hər bir şagird artıq elektron dərs vəsaitlərindən istifadə edə bilir.

“Ona görə də uşaqların telefondan imtina etməsi kimi bir təşəbbüs barədə düşünməməliyik. Sadəcə olaraq ondan düzgün istifadə etməliyik", - deyə Məzahir Məmmədli vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Aprel 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri