Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub ARAŞDIRMA | Icma.…
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mançester Universitetinin alimləri tərəfindən aparılan unikal tədqiqat nəticəsində uşaqların sözləri başa düşmə və yeni sözləri öyrənmə prosesi haqqında maraqlı məlumatlar əldə olunub.
Ölkə.az AZƏRTAC-a istinadla xəbər verir ki, həmin tədqiqatın nəticələri “Child Development” jurnalında dərc edilib.
Uşaqlar, ümumiyyətlə, bir yaşında ilk sözlərini deməyə başlayır və ikinci ildə lüğətlərini sürətlə genişləndirirlər.
Lakin bir müddət yalnız sadə sözlər deyə bilir və onların mənalarını zaman keçdikcə dəqiqləşdirirlər.
Tədqiqatçılar göstərirlər ki, uşaqlar öz şəxsi lüğətlərinə yeni sözləri əlavə edərkən dərhal həmin sözlərin bütün mənalarını qavramırlar.
Bunun əvəzinə, sözlərin bəzi mənalarını öyrənir və ya mənaları tədricən dəqiqləşdirirlər.
Tədqiqatın əsas hissəsində Mançester Muzeyində 3 yaşdan 8 yaşa qədər uşaqlar arasında təcrübə aparılıb.
Tam oxu
Xəbəri oxu