Icma.az
close
up
RU
Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub ARAŞDIRMA

Uşaqların dil öyrənmə mexanizmləri ilə bağlı yeni məlumatlar əldə olunub ARAŞDIRMA

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mançester Universitetinin alimləri tərəfindən aparılan unikal tədqiqat nəticəsində uşaqların sözləri başa düşmə və yeni sözləri öyrənmə prosesi haqqında maraqlı məlumatlar əldə olunub.

Ölkə.az AZƏRTAC-a istinadla xəbər verir ki, həmin tədqiqatın nəticələri “Child Development” jurnalında dərc edilib.

Uşaqlar, ümumiyyətlə, bir yaşında ilk sözlərini deməyə başlayır və ikinci ildə lüğətlərini sürətlə genişləndirirlər. Lakin bir müddət yalnız sadə sözlər deyə bilir və onların mənalarını zaman keçdikcə dəqiqləşdirirlər. Tədqiqatçılar göstərirlər ki, uşaqlar öz şəxsi lüğətlərinə yeni sözləri əlavə edərkən dərhal həmin sözlərin bütün mənalarını qavramırlar. Bunun əvəzinə, sözlərin bəzi mənalarını öyrənir və ya mənaları tədricən dəqiqləşdirirlər.

Tədqiqatın əsas hissəsində Mançester Muzeyində 3 yaşdan 8 yaşa qədər uşaqlar arasında təcrübə aparılıb. Bu təcrübədə uşaqlara müxtəlif ölçülərdə bloklarla əlaqəli tapşırıqlar verilib. Məsələn, eksperimentatordan daha böyük, daha kiçik və ya daha uzun bloklar qurmaq üçün uşaqlardan cavab gözlənilib. Tədqiqatçılar, uşaqların qurduğu blok strukturlarını eksperimentatorun strukturu ilə müqayisə edib, dəyişiklikləri və yaşa görə dəyişən davranış nümunələrini araşdırmaq üçün riyazi modelləşdirmədən istifadə ediblər.

Mançester Universitetinin müəllimi və tədqiqatın həmmüəllifi Alissa Ferri uşaqların dil öyrənmə prosesini belə izah edir: “Görünür, uşaqlar sözləri ilk öyrənəndə onlar haqqında ümumi bir fikir əldə edirlər. Məsələn, “daha böyük” və ya “daha uzun” kimi ölçü sözləri onlara ölçü dəyişikliyi haqqında ümumi təsəvvür yaradır. Bu mərhələdə uşaqlar bütün ölçüləri hər istiqamətdə artırmaq kimi ümumi bir yanaşma sərgiləyirlər. Lakin böyüklərlə olan dialoqlar və təcrübə vasitəsilə tədricən bu sözlərin tam mənalarını dəqiqləşdirirlər”.

Tədqiqat zamanı 3 və 4 yaşlı uşaqlar “daha böyük” və “daha uzun” sözlərini eyni mənada qəbul edərək, bütün istiqamətlərdə daha böyük olan strukturlar yaradıblar. 5 yaşında isə uşaqlar artıq kiçik bloklardan istifadə etməli olduqlarını başa düşüblər. 7 yaşında isə “hündür” sözünün konkret olaraq yuxarı istiqamətdə böyük olan anlamını tam dərk ediblər. Eyni zamanda, üç yaşlı uşaqların əksəriyyəti “kiçik” tələb olunduqda belə, hələ də böyük strukturlar qurublar, çünki bu anlayışların dəqiqləşməsi zaman alır.

Həmmüəllif Katrin Tvomey qeyd edir ki, ölçü kimi abstrakt sözlərin öyrənilməsi çətindir, çünki bu sözlər müxtəlif obyektlər arasında əlaqələri təsvir edir və ümumi mənanı tapmağı çətinləşdirir. O, həmçinin bildirir ki, bu sözlərin mənalarının yaşla necə dəyişdiyini izləmək, uşaqların dil öyrənmə prosesini anlamaq baxımından dəyərlidir.

Tədqiqat nəticəsində məlum olub ki, bəzi 3 və 4 yaşlı uşaqlar öz dayələri ilə tez-tez bu sözlər haqqında söhbətlər apardıqları üçün digər həmyaşıdlarından daha tez mənaları dəqiqləşdirə biliblər.

Tədqiqat qrupu, həmçinin məlumatların dizaynı və toplanması prosesində “Nuffield Research Placement”in dörd altıncı sinif şagirdinin köməyindən istifadə edib.

A.Ferri dilöyrənmə prosesinin insan təcrübəsində unikal olduğunu vurğulayaraq bildirir ki, uşaqlar sadəcə dilə məruz qalmaqla sözləri mənimsəyirlər, lakin bu prosesin necə baş verdiyi tam aydın deyil. Bu tədqiqat uşaqların həmin prosesi necə keçdiyini anlamağa kömək edəcək yeni faktlar verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri