Uşaqların ənənəvi oyuncaqlara marağı niyə azalıb? Psixoloq açıqladı

22.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Müasir dövrdə uşaqların ənənəvi oyuncaqlara marağının azalması rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqələndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə uşaqların oyuncaqlarla oynamaq vərdişi xeyli zəifləyib və bunun əsas səbəblərindən biri texnologiyanın sürətlə inkişaf etməsidir.

E.Baxşılı deyib ki, bu gün uşaqların ətrafına nəzər saldıqda onların oyuncaqlarla oynadığını çox nadir hallarda görürük. Bunun əvəzində rəqəmsal oyunlar, planşetlər və mobil telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib:

"Virtual oyunlar daha həyəcanverici olduğu üçün uşaqların diqqətini daha çox cəlb edir”.

Elnarə Baxışlı qeyd edib ki, uşaqların seçimlərinə yaşadıqları mühit və həmyaşıdları da ciddi təsir göstərir.

“Əgər uşaq ətrafında hər kəs texnologiyadan, yeni telefonlardan və kompüter oyunlarından danışırsa, o da həmin vasitələrdən istifadə etməyə meyilli olur. Cəmiyyətin və dövrün təklif etdiyi məşğuliyyətlər uşaqların maraqlarını formalaşdıran əsas amillərdən biridir”, - deyə o vurğulayıb.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью