Uşaqların ənənəvi oyuncaqlara marağı niyə azalıb? Psixoloq açıqladı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Müasir dövrdə uşaqların ənənəvi oyuncaqlara marağının azalması rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqələndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə uşaqların oyuncaqlarla oynamaq vərdişi xeyli zəifləyib və bunun əsas səbəblərindən biri texnologiyanın sürətlə inkişaf etməsidir.
E.Baxşılı deyib ki, bu gün uşaqların ətrafına nəzər saldıqda onların oyuncaqlarla oynadığını çox nadir hallarda görürük. Bunun əvəzində rəqəmsal oyunlar, planşetlər və mobil telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib:
"Virtual oyunlar daha həyəcanverici olduğu üçün uşaqların diqqətini daha çox cəlb edir”.
Elnarə Baxışlı qeyd edib ki, uşaqların seçimlərinə yaşadıqları mühit və həmyaşıdları da ciddi təsir göstərir.
“Əgər uşaq ətrafında hər kəs texnologiyadan, yeni telefonlardan və kompüter oyunlarından danışırsa, o da həmin vasitələrdən istifadə etməyə meyilli olur. Cəmiyyətin və dövrün təklif etdiyi məşğuliyyətlər uşaqların maraqlarını formalaşdıran əsas amillərdən biridir”, - deyə o vurğulayıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 22 İyul 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















