Uşaqların kompüterdə oynaması zərərli deyilmiş Yeni araşdırma | Icma.az
Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Valideynlər uşaqlarının kompüter, telefon başında çox vaxt keçirməsini narahatlıqla qar
Amma mütəxəssislər sübut edib ki, onlar "ekran saatı" söhbətini çox da böyütməməlidilər.
Musavat.com xəbər verir ki, İngiltərədə ilk dəfə həyata keçirilən bir araşdırmaya qatılan pediatrlar "ekranlı" fəaliyyətlərin təkbaşına çox zərərli olması ilə bağlı az dəlil olduğunu deyib.
Mütəxəssislər cihazdan istifadənin, sağlam bir orqanizm üçün faydalı olan, məsələn, yuxu, gimnastika və ailə ilə birlikdə keçirilən zamanın yerinə keçməməli olduğunu deyirlər.
Bu sahədəki ilk araşdırma nəticəsində uşaqlara bir "ekran zamanı" məhdudiyyəti qoymaqdan qaçmağın da vacibliyi bildirilib.
Amma yatmazdan öncəki son bir saatda ondan istifadəyə son qoyulmalıdır.
Krallıq Universiteti Pediatriya və Uşaq Sağlamlığı Bölümündən (The Royal College of Paediatrics and Child Health) mütəxəssislər tərəfindən həyata keçirilən və 18 yaşdan kiçik gənc və uşaqları əhatə edən araşdırmada məlum olub ki, ekran başında keçirilən müddətin sağlamlıq üçün zərərli olması ilə bağlı konkret bir dəlil yoxdur.
Universitet açıqlayıb ki, ekrandan çox istifadə ilə şişmanlıq və depressiya arasında əlaqə olsa da, bu əlaqənin alt qatları açıqlanmadığı üçün konkret heç nə demək olmur.
Tam oxu
Xəbəri oxu