Icma.az
close
up
RU
Uşaqların kompüterdə oynaması zərərli deyilmiş Yeni araşdırma

Uşaqların kompüterdə oynaması zərərli deyilmiş Yeni araşdırma

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Valideynlər uşaqlarının kompüter, telefon başında çox vaxt keçirməsini narahatlıqla qarşılayırlar.

Amma mütəxəssislər sübut edib ki, onlar "ekran saatı" söhbətini çox da böyütməməlidilər.

Musavat.com xəbər verir ki, İngiltərədə ilk dəfə həyata keçirilən bir araşdırmaya qatılan pediatrlar "ekranlı" fəaliyyətlərin təkbaşına çox zərərli olması ilə bağlı az dəlil olduğunu deyib. Mütəxəssislər cihazdan istifadənin, sağlam bir orqanizm üçün faydalı olan, məsələn, yuxu, gimnastika və ailə ilə birlikdə keçirilən zamanın yerinə keçməməli olduğunu deyirlər.

Bu sahədəki ilk araşdırma nəticəsində uşaqlara bir "ekran zamanı" məhdudiyyəti qoymaqdan qaçmağın da vacibliyi bildirilib. Amma yatmazdan öncəki son bir saatda ondan istifadəyə son qoyulmalıdır.

Krallıq Universiteti Pediatriya və Uşaq Sağlamlığı Bölümündən (The Royal College of Paediatrics and Child Health) mütəxəssislər tərəfindən həyata keçirilən və 18 yaşdan kiçik gənc və uşaqları əhatə edən araşdırmada məlum olub ki, ekran başında keçirilən müddətin sağlamlıq üçün zərərli olması ilə bağlı konkret bir dəlil yoxdur.

Universitet açıqlayıb ki, ekrandan çox istifadə ilə şişmanlıq və depressiya arasında əlaqə olsa da, bu əlaqənin alt qatları açıqlanmadığı üçün konkret heç nə demək olmur. Pedatrlar ekran limiti qoymadıqları araşdırmalarında ailələrə, aşağıdakı syaların cavabları üzərindən qərar vermələrini məsləhət gördü:

Uşaqlarınızın ekran başında keçirdiyi müddəti təqib edə bilirsinizmi?

Ekran başında keçirilən müddət sizing ailə olaraq edəcəklərinizi əngəlləyirmi?

Ekran başında keçirilən müddət yuxu sisteminə təsir edirmi?

Ekran saatı zamanı uşağınızın yediklərinə (çips, kraker, peçenye) nəzarət edə bilirsinizmi?

Bu araşdırmaya qatılan mütəxəssislərdən həkim Max Davie, computer və tabletlərin "dünyanı kəşf etmək sahəsində müdhiş bir vasitə" olduğu fikrini müdafiə edir və davam edir: "Ailələr bu cihazlarda "təyini mümkün olmayan bir problem" olması fikrinə inandırıldılar. Əgər yuxarıdakı suallara cavab verdikdən sonra ir problem olduğunu düşünmürsüzsə, həyatınıza davam edin və narahat olmaqdan əl çəkin. Amma əgər bəzi problemlər varsa və bəzi problemlər yaşayırsınızsa, ekran başında keçirilən müddət bu sıxıntılara təsir edən bir prosesə çevrilə bilər".

Universitet eyni zamanda ailələrə ekran saatını müəyyənləşdirmək məsələsində uşaqlarla anlaşma yoluna getmələrini tövsiyyə edir. Uşaqlar və daha kiçik yaşdakılar üçün isə valideynləri qərarverici olmalıdır. Yəni, ancaq onlar müəyyən edə bilər ki, uşaqlar nəyi və nə qədər seyr edə bilərlər. Yaş artdıqca isə uşaqlara addım-addım müstəqillik sahələri saxlanması tövsiyyə edilir.

Ailələrə məsləhətlər:

Universitetin hazırladığı siyahıda ailələrə yönəldilmiş məsləhətlər də yer alır:

- Yemək zamanı ekrandan uzaq olmalıdır.

- Əgər uşağın ekran saatında əndazəyə qaçdığı düşünülürsə, bu zaman valideyn dövrəyə girə bilər.

- Valideynlər özləri "bəs mən ekran başında keçirdiyim müddəti nəzarət altında saxlaya bilirəmmi" sualına cavab verməlidir.

- Kiçik yaşdakı uşaqları ilə yüz faiz əlaqə, ünsiyyət qurmalıdılar. Ekranlar bunun yerinə keçə bilməz.

Bu araşdırma ilə paralel olaraq həyata keçirilən bir başqa araşdırmada isə qeyd olunub ki, 14 yaşlı qızlar oğlanlarla müqayisədə iki dəfə daha artıq depressiyaya düçar olur. Araşdırma Londondakı University College tərəfindən, 11 min gəncin qatılımı ilə həyata keçirilib. Sorğuda iştriak edən sosial media istifadəçiləri, virtual təcavüz, yuxu sistemi, özünə arxayınlıqla bağlı sualları cavablandırıb.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri