Uşaqların sosial mediaya girişi qadağan edilməlidir? AÇIQLAMA | Icma.az
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünyada ilk dəfə olaraq Avstraliya hökuməti 16 yaşından kiçik uşaq və gənclərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
İndoneziya hökuməti uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı nəzərdə tutan yeni qanun hazırlayır.
Artıq Türkiyə hakimiyyəti də 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.
Azərbaycanda isə belə qadağa olmamasına baxmayaraq, uşaqların sosial mediadan istifadəsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var.
Mövzu ilə bağlı psixoloq, İKT üzrə ekspert və millət vəkilinin fikirlərini öyrəndik.
16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi onların inkişafına necə təsir edir?
Psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında bildirib ki, 16 yaşından aşağı uşaqlar üçün sosial şəbəkədə müəyyən istifadə limitləri var və buna kimin nə qədər riayət etməsi uşağa verilən tərbiyə ilə bağlıdır: “Hesab edirəm ki, uşaqlara sosial medianın qadağan edilməsi heç nəyin qarşısını almayacaq.
Tam oxu
Xəbəri oxu