Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Uşaqların sosial mediaya girişi qadağan edilməlidir? AÇIQLAMA

Uşaqların sosial mediaya girişi qadağan edilməlidir? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada ilk dəfə olaraq Avstraliya hökuməti 16 yaşından kiçik uşaq və gənclərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. İndoneziya hökuməti uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı nəzərdə tutan yeni qanun hazırlayır. Artıq Türkiyə hakimiyyəti də 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.

Azərbaycanda isə belə qadağa olmamasına baxmayaraq, uşaqların sosial mediadan istifadəsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Mövzu ilə bağlı psixoloq, İKT üzrə ekspert və millət vəkilinin fikirlərini öyrəndik.

16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi onların inkişafına necə təsir edir?

Psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında bildirib ki, 16 yaşından aşağı uşaqlar üçün sosial şəbəkədə müəyyən istifadə limitləri var və buna kimin nə qədər riayət etməsi uşağa verilən tərbiyə ilə bağlıdır:

“Hesab edirəm ki, uşaqlara sosial medianın qadağan edilməsi heç nəyin qarşısını almayacaq. Dünyanın ən inkişaf etmiş ölkələrini nümunə götürsək, orada ilk vaxtlardan uşaqlara planşetlər verirlər. Çünki sosial şəbəkə bu gün müasir texnikadır, həyatımızın hər yerində var və düşünmürəm ki, belə qadağalarla təlim-tərbiyəni düzəltmək olar. Tərbiyəni düzəltmək üçün daha doğru yerlərdə düzgün addımlar atmaq lazımdır. Məsələn, elə Türkiyə öz efirlərinə, seriallarına nəzarət eləsə, daha doğru olar. Yaxud bu gün Azərbaycan təhsilində o vaxtkı “insan və cəmiyyət” kitabı bərpa oluna bilər. Sosial şəbəkələrin qadağa olunması ilə ailə, ictimai etika kimi dəyərlərə riayət etmək mümkün olmayacaq”.


Psixoloqun sözlərinə görə, 16 yaşına qədər sosial şəbəkədən istifadə etməyib sonradan bunu bacarmaq nə qədər düzgün ola bilər, bəlli deyil:

“Çünki indiki yeniyetmələrin inkişafı, IQ səviyyəsi daha yüksəkdir və onları idarə etmək, istədikləri bir şeydən çəkindirmək mümkün olmayacaq. Ona görə də təməl nöqtədə - bağçada, məktəbdə etik qaydaları, ailə və mənəvi dəyərləri aşılamaq daha məqsədəuyğundur. Bu aşamalar olduqdan sonra isə sosial şəbəkələrdən düzgün qaydada istifadə etmək mümkün olacaq. Çünki insanlar hər şeyi öz xarakterinə, dəyərlərinə, həyata baxışına uyğun istifadə edir. Eləcə də sosial şəbəkəni hər kəs öz həyatına uyğun istifadə edir”.

Uşaqların sosial mediaya girməməsinə nəzarət necə aparılır?

Mövzu ilə əlaqədar İKT üzrə ekspert Elvin Abbasov deyib ki, sosial şəbəkələrin azyaşlılar üçün daxili siyasətləri var:

“Misal olaraq, “Facebook”da 15 yaşdan, bəzi sosial şəbəkələrdə 13 yaşdan aşağı istifadəçilər üçün çat bölməsi açıq deyil. Bəzi sosial şəbəkələrdə isə daha müxtəlif metodologiyalardan istifadə edilərək azyaşlılar üçün müəyyən məhdudlaşdırmalar tətbiq edilir. Həmçinin də bəzi Avropa ölkələrində və digər ölkələrdə azyaşlı sayılma yaşları müxtəlifdir. Bəzi ölkələrdə 13 yaşdan aşağısı azyaşlı sayılır, bəzilərində isə 15 yaşdan aşağısı azyaşlı hesab olunur. Bu, fərqli ölkələrdə müxtəlif qanunvericiliklərlə tənzimlənir”.

Ekspertin fikrincə, azyaşlıların internet resurslarına əlçatmalarının azalması qəbul ediləndir:

“Çünki dövrümüzün sosial şəbəkələrində kifayət qədər kirli fikirlər, azyaşlıların psixologiyalarına təsir edəcək neqativ məzmunlar ola bilir. Azərbaycanda hələ ki bu istiqamətdə qanunvericiliyin diktəsi yoxdur, yəni qanunvericilik bu sahədə fəaliyyət göstərmir. Amma hər bir halda azyaşlıların internetdəki kirli məlumatlardan, süni intellektdəki bəzi manipulyasiyalardan qorunması üçün müxtəlif mexanizmlər lazımdır”.

Ekspert bildirib ki, azyaşlılar internetdə öz real yaşlarını tam ifadə etmədən fəaliyyət göstərirlər və bunun üçün sosial şəbəkələr onların azyaşlı olduğunu təyin edə bilmir:

“Bu zaman onlara normal yetişkinlərə göstərilən məzmunları göstərir ki, bu da neqativ hallara səbəb olur. Bir neçə rakursdan bu məsələni ələ ala bilərik. Valideynlər əgər öz övladlarına sosial şəbəkələrin istifadə etməyə icazə verirlərsə, artıq azyaşlı öz şəxsi telefonu və öz real məlumatlarıyla daxil olmalıdır ki, sosial şəbəkədə onu qoruya bilsin, ona məhdudiyyətlər tətbiq edə bilsin. Əks halda azyaşlı feyk hesabla girdikdə və ya valideynin hesabıyla sosial şəbəkədə gəzdikdə yetişkin insanlara göstərilən sosial media kontentləri onun da qarşısına çıxır və arzuolunmaz hallar baş verir”.

Azərbaycanda 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdıran qanuna ehtiyac var?

Millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda da belə bir qaydanın qəbul olunması onun üçün məqbuldur:

“Doğrudan da, məhz sosial şəbəkələr Azərbaycanda təhsilin səviyyəsinə də təsir edir, gəncləri təhsildən uzaqlaşdırır, onların gələcək karyerasına ziyan vurmaqla bərabər, psixoloji travma almasına səbəb olur. Onları daha çox əyləncəyə meyillənməyə, peşə öyrənməkdən kənar qalmağa və səhərdən axşama qədər mənasız videoları seyr etməyə sövq edir. Bu da təbii ki, onların həyatı üçün təhlükə yaradır. Çünki o yaşda olan insanlar daha tez inanırlar. Nəzərə almaq lazımdır ki, bu gün internet məkanında fırıldaqçılar, yalançılar, cinayətkarlar, narkomanlar, narkotik satanlar, bir sözlə, pis əməllərlə məşğul olanlar kifayət qədərdir və əsasən də bu yaşda olan uşaqlar həmin kəslərin toruna düşürlər. Onların toruna düşmək isə istər qız, istər oğlan uşaqları üçün həyatının sonlanması deməkdir. O baxımdan düçünürəm ki, 16 yaşına qədər uşaqlara sosial şəbəkədən istifadə etmək qadağan olunmalıdır”.

Millət vəkilinin sözlərinə görə, valideynlərin uşaqların internetdən istifadəsinə nəzarət etməsi mümkün deyil:

“Valideynlər elə özləri uşağa lap balaca yaşlarından smartfonlar alırlar, mənasız-mənasız videolara, şəkillərə baxa-baxa yemək yedizdirirlər. Mən onları qınamıram, çünki indiki uşaqlar da müasir dövrün texnologiyasına uyğunlaşıblar və bunu tələb edirlər. Amma təbii ki, o evdə ilk günlərdən belə məsələlər olmasa, bəlkə də uşaqlar buna öyrəşməzdi. O baxımdan mən istərdim ki, 16 yaşına qədər olan uşaqlara sosial mediadan istifadə qadağan olunsun. Bu yükü valideynlərin üzərinə atmaq mümkün deyil, onlar bunu edə bilməyəcəklər. Bunun texnoloji cəhətdən həll olunması mümkündür. “Microsoft” şirkətinin, digər texnologiya nəhənglərinin hazırladığı və yaxud startapların hazırladığı “valideyn nəzarəti” adlı proqramlar var. Azərbaycan dilində də interfeysi olan belə proqramlar bizim İT mütəxəssisləri, proqramçılar tərəfindən yazılıb hazırlanıb və həm telefonlara, həm də ümumi evin şəbəkəsinə qoşula bilər. Hətta bu qanunla məcburi bir qayda daşıya bilər ki, evdə hər hansı bir lokal şəbəkə yaradılan zaman istər mobil internet üzərindən, istər yerli şəbəkə və yaxud hava şəbəkəsi üzərindən məcburən valideyn nəzarəti və yaxud 16 yaşlı uşaqları bloklayan proqram yazılsın. Hesab edirəm ki, bu, müəyyən qədər tərbiyəvi və nəzarətedici funksiya yarada bilərdi”.

R.Nurullayevin fikrincə, Azərbaycan internet məkanında adət-ənənələrimizə zidd məsələləri bloklayan müəyyən funksiyalar əlavə edilməlidir:

“Çünki müsəlman ölkəsi olmağımızdanmı irəli gəlir, yaxud adət-ənənələrimizdən irəli gəlir, bəlkə də savadsızlıqdan, ya da cahillikdəndir, amma istənilən halda Azərbaycanda internet məkanı bir çox hallarda düzgün məqsədlər üçün istifadə olunmur. Ona görə də bu məsələyə nəzarət etmək çox yaxşı olardı. İnternet üzərindən dil öyrənmək olur, ensiklopedik məlumatlar almaq, onlayn kurslarda iştirak edib sertifikat almaq olur. Yəni bilik və bacarıqları internetdən də öyrənmək olar. Mən hər gün internetdən iki-üç saat ancaq öz bilik və bacarıqlarıın artırılması üçün resurslardan istifadə edirəm. Amma indi Azərbaycanda internetdən və sosial şəbəkədən istifadə edənlərin hamısı bunu istifadə edirmi? Mən bir çox insanlar görürəm ki, adicə “TikTok”dan ancaq əyləncə məqsədi ilə istifadə edir. Halbuki “TikTok” peşə, dil öyrənmə, müəyyən bacarıqlara sahib olmaq, sağlamlıq və digər sahələr üzrə ən böyük ensiklopediya sayıla bilər. Lakin istənilən bir vətəndaşın telefonunu al və “TikTok”una gir, onun əsas informasiya hissəsini açanda görəcəksən ki, ancaq əyləncə, maraqsız və yaxud hər hansı lazımsız məlumatlar qarşıya çıxacaq. Çünki o insan həmişə onunla maraqlanıb və onu axtarıb”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Fevral 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri