Uşaqların stress səviyyəsini azaltmaq üçün daha çox oyun vaxtına ehtiyac var Təhsil eksper…
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tədqiqatlar göstərir ki, uşaqların mütləq açıq havada, rahat, sərbəst və asudə oyun vaxtı olmalıdır.
Nizam-intizam lazımdır, ancaq istirahət, oyun, əyləncə uşağın sizin gözləntilərinizə cavab verməyinə kömək edəcək”.
Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib.
Onun dediyinə görə, ibtidai sinif şagirdləri üçün gündə 30 dəqiqəlik oyun vaxtı kifayət etmir və uşaqların stress səviyyəsini azaltmaq üçün daha çox oyun vaxtına ehtiyac var: “2025-ci ildə aparılan araşdırmaya görə, əvvəllər ABŞ-da uşaqlara gündə 60 dəqiqə açıq havada sərbəst oyun üçün vaxt ayrılırdı.
Zamanla akademik tələblər və testlər artdıqca, bu oyun vaxtı azaldılıb. Tədqiqatçılar 4-cü sinifdə oxuyan 130 uşağı iki qrupa bölüblər.
Biri 30 dəqiqə, digəri isə 45 dəqiqə gündəlik fasilə alıb. Uşaqların saç nümunələrində stress hormonu olan kortizol ölçülüb.
Nəticə çox diqqətçəkən olub. 45 dəqiqə oynayan uşaqlarda xroniki stress 68 faiz daha az olub.
Tam oxu
Xəbəri oxu