Uşaqların stress səviyyəsini azaltmaq üçün daha çox oyun vaxtına ehtiyac var Təhsil eksperti
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tədqiqatlar göstərir ki, uşaqların mütləq açıq havada, rahat, sərbəst və asudə oyun vaxtı olmalıdır. Nizam-intizam lazımdır, ancaq istirahət, oyun, əyləncə uşağın sizin gözləntilərinizə cavab verməyinə kömək edəcək”.
Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Onun dediyinə görə, ibtidai sinif şagirdləri üçün gündə 30 dəqiqəlik oyun vaxtı kifayət etmir və uşaqların stress səviyyəsini azaltmaq üçün daha çox oyun vaxtına ehtiyac var:
“2025-ci ildə aparılan araşdırmaya görə, əvvəllər ABŞ-da uşaqlara gündə 60 dəqiqə açıq havada sərbəst oyun üçün vaxt ayrılırdı. Zamanla akademik tələblər və testlər artdıqca, bu oyun vaxtı azaldılıb. Tədqiqatçılar 4-cü sinifdə oxuyan 130 uşağı iki qrupa bölüblər. Biri 30 dəqiqə, digəri isə 45 dəqiqə gündəlik fasilə alıb. Uşaqların saç nümunələrində stress hormonu olan kortizol ölçülüb. Nəticə çox diqqətçəkən olub. 45 dəqiqə oynayan uşaqlarda xroniki stress 68 faiz daha az olub. Araşdırmalar göstərir ki, sərbəst, rahat və açıq havada oyun uşaqları daha xoşbəxt, sakit və sosial baxımdan daha bacarıqlı edir. Nəticə belədir: uşaqların rifahı üçün oyun vaxtını artırmaq və minimum 45 dəqiqə vermək lazımdır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 22 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















