Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda kişilərə uşağın doğulması ilə əlaqədar 14 günlük ödənişli məzuniyyətin verilməsi təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Əksəriyyət düşünür ki, bu addım əslində uşaqpulu ödənişindən yayınmaq üçün atılır, real maddi dəstək əvəzinə, formal qərar təqdim olunur.
Kişilərə nə qədər ödəniş edilməlidir ki, ailə üzərinə düşən yük kompensasiya edilə bilsin?
Yaxud əksinə uşaq pulunun bərpa edilməsi daha məqsədəuyğundur?
Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu proses uşaqpulu ilə əlaqələndirilə bilməz: “Bu, ailənin yeni vəziyyətə uyğunlaşması və müəyyən çətinlikləri birlikdə aradan qaldırması üçün tanınan hüquqdur.
Qadının xəstəxanadan çıxarılması, evdə yerləşdirilməsi, körpənin ilkin dövrdə nəzarətə götürülməsi kimi proseslərdə hər iki valideyn iştirak etməlidir.
Ona görə də bu məzuniyyət humanist addım kimi tətbiq olunur və Avropa da daxil olmaqla bir çox ölkələrin təcrübəsində mövcuddur.