Icma.az
close
up
RU
Uşaqlı ailələrə şad xəbər: yeni ödənişlər... Deputat açıqladı

Uşaqlı ailələrə şad xəbər: yeni ödənişlər... Deputat açıqladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda kişilərə uşağın doğulması ilə əlaqədar 14 günlük ödənişli məzuniyyətin verilməsi təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət düşünür ki, bu addım əslində uşaqpulu ödənişindən yayınmaq üçün atılır, real maddi dəstək əvəzinə, formal qərar təqdim olunur. 

Kişilərə nə qədər ödəniş edilməlidir ki, ailə üzərinə düşən yük kompensasiya edilə bilsin? Yaxud əksinə uşaq pulunun bərpa edilməsi daha məqsədəuyğundur?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bu proses uşaqpulu ilə əlaqələndirilə bilməz:

“Bu, ailənin yeni vəziyyətə uyğunlaşması və müəyyən çətinlikləri birlikdə aradan qaldırması üçün tanınan hüquqdur. Qadının xəstəxanadan çıxarılması, evdə yerləşdirilməsi, körpənin ilkin dövrdə nəzarətə götürülməsi kimi proseslərdə hər iki valideyn iştirak etməlidir. Ona görə də bu məzuniyyət humanist addım kimi tətbiq olunur və Avropa da daxil olmaqla bir çox ölkələrin təcrübəsində mövcuddur. Sözügedən hüququ müavinət və ya uşaq puluna bağlamaq doğru deyil”.

Fazil Mustafa

Deputat qeyd edib ki, uşaqpulu ayrıca məsələdir və müəyyən kateqoriyadan olanlara müavinət formasında verilir:

“Müzakirə edilə biləcək məsələlərdən biri yalnız bu kateqoriyanın genişləndirilməsidir. “Uşaqpulu verilmir” kimi populist yanaşmalar mövzunu təhrif edir. Əslində, bu müavinət konkret qruplara ödənilir və həm dövlət büdcəsində, həm də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində bununla bağlı ayrıca maddələr mövcuddur. Gələcəkdə bu sahədə əhatə dairəsinin genişləndirilməsi ilə bağlı addımların atılması mümkündür”.

Qeyd edək ki, uşağın doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi qanunvericiliyə salınır. Bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 06:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri