Uşaqlıq dadı: “ətçəkənlə” hazırlanan peçenye necə bişirilir? RESEPT | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Ətçəkənlə çəkilən peçenye evdə tez və rahat hazırlana bilən, sınanmış şirniyyat üsuludur.
Əgər evinizdə hələ də köhnə ətçəkən varsa onu bir kənara atmağa tələsməyin.
Bir çoxları üçün ətçəkəndən peçenye hazırlamaq uşaqlıq xatirəsidir.
Nənələrimiz onu gözümüzün önündə çəkərdi nəticədə xırtıldayan, yumşaq və çox ətirli peçenye alınardı.
Lent.az bu resepti təqdim edir: İnqrediyentlər 200 qram kərə yağı 550–600 qram un 2 çay qaşığı qabartma tozu 100 qram mayonez 160 qram şəkər 3 ədəd yumurta Hazırlanması Ələnmiş unun üzərinə kərə yağı və qabartma tozu əlavə edin.
Qarışığı ovuşduraraq unlu qırıntı halına salın. Daha sonra yumurtaları, şəkəri və mayonezi əlavə edin. Qatı, elastik xəmir yoğurun.
Xəmiri bıçaqsız ətçəkəndən keçirin və istədiyiniz uzunluqda bıçaqla kəsin.
Peçenyeləri soba listinə düzün və əvvəlcədən qızdırılmış sobaya yerləşdirin. 180°C temperaturda 20-30 dəqiqə bişirin. Nuş olsun!
Tam oxu
Xəbəri oxu