Uşaqlıq yolundan yaxma və onun nəticələri | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik za
Bu sadə və eyni zamanda çox məlumatlı analizdir. Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür.
Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda "yaşayan" mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.
İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər "yaşayır". Bu normal haldır.
Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər "yaşayır".
Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.
Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir.
Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır.
Tam oxu
Xəbəri oxu