Icma.az
close
up
RU
Uşaqlıq yolundan yaxma və onun nəticələri

Uşaqlıq yolundan yaxma və onun nəticələri

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın "bakterioloji yaxma" adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir.

Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür. Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda "yaşayan" mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.

İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər "yaşayır". Bu normal haldır.

Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər "yaşayır". Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.

Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır. Turş mühit qadının ginekoloji sağlamlığı üçün çox vacibdir - xəstəliklər törədən barkerilərin çoxalmasına mane olur. Beləliklə, uşaqlığın xeyirli mikroflorası uşaqlığı ziyanlı bakterilərdən qoruyur.

Dederleyn çöplərdən əlavə sağlam qadının uşaqlığında az miqdarda stafilokokklar, streptokokklar, Kandida göbələkləri, qardnerella və həmçinin ureaplazmlar aşkar oluna bilər.

Müxtəlif ginekoloji xəstəliklər zamanı uşaqlığın mikroflorası dəyişilir və bu dəyişikliklər həkimə xəstəliyin səbəbini təyin etməyə imkan verir.

Yaxma analizindən 2-3 gün əvvəl qadın cinsi əlaqədən imtina etməli, intim gigiyena vasitələrdən istifadə etməməli, uşaqlıq yolunu dərin yumamalıdır. Analizdən 1 həftə əvvəl vaqinal şamlardan, həblərdən və spreylərdən istifadə etmək olmaz.

Analiz adətən menstruasiyadan sonra və ya menstruasiyadan əvvəl keçirilir. Analiz səhər verilir. Analiz günü xarici cinsiyyət orqanları yumaq olmaz.

Yaxmanın götürülməsi adətən heç bir ağrılarla müşayiət olunmur. Xüsusi ginekoloji güzgünün köməyi ilə həkim uşaqlıq yolunu enlədir və steril şpatellə burada olan seliyin mikroskopik hissəsini götürərək laborator şüşəyə yığır. Daha sonra yaxma laboratoriyaya göndərilir. Nəticə adətən bir neçə saatdan sonra hazır olur.

Yaxma bu kimi xəstəliklərin diaqnostikası zamanı istifadə oluna bilər: vaqinit, servisit, bakterial vaqinoz, kandidoz və həmçinin cinsi yolu ilə keçən infeksiyalar (xlamidioz, süzənək, trixomoniaz, ureaplazmoz).

Yaxma analizin nəticələri pasientə xüsusi blankda verilir. Bu blankda bu pasientin analizin nəticələri və normal nəticələr qeyd olunur.

Leykositlər normada yaxmada az miqdarda qeyd olunur. Bu miqdar normadan çox olduqda, bu infeksiyanın əlaməti ola bilər.

Laktobasillər (Dederleyn çöpləri) uşaqlığın normal mikroflorasının əsas nümayəndələridir. Laktobasillərin miqdarı norma ilə müqayisədə az olduqda, bu uşaqlığın mikroflorasının pozulmasından xəbər verir və bakterial vaqinoz və hər hansı digər infeksiyanın əlaməti ola bilər.

Kandida göbələkləri (az miqdarda!) uşaqlığın normal mikroflorasının nümayəndələridir. Lakin onların miqdarının artması uşaqlıqdan ifrazatların çoxalması və cinsiyyət orqanın qaşınması fonunda kandidozun əlaməti sayılır.

Yastı epiteli hüceyrələri uşaqlığın iç səthindən laylanan hüceyrələrdir. Onların yaxmada olması normal sayılır. Lakin bu hüceyrələrin miqdarının artması iltihabın əlaməti sayılır.

Seliyin yaxmada olması normaldır. Lakin seliyin miqdarının normadan çox olması infeksiyanın əlaməti sayılır.

Bağırsaq çöpləri bağırsağın normal mikroflorasıdır. Az miqdarda bağırsaq çöpləri sağlam qadının uşaqlığında ola bilər. Lakin onların miqdarının norma ilə müqayisədə artması bakterial vaqinozun və ya şəxsi gigiyena qaydalarının kobud şəkildə  pozulmasının əlaməti ola bilər.

Koklar (stafilokokk, enterokokk, streptokokk) şərti patogen (xəstəlik törədən) mikroblardır. Lakin bu mikroblar yalnız müəyyən şəraitdə xəstəlik törədə bilər (immunitetin kəskin zəiflənməsi və s.). Az miqdarda kokların yaxmada olması norma sayılır. Kokların miqdarının artması infeksiyanın əlaməti sayıla bilər.

Qardnerella normada yaxmada olmamalıdır və ya az miqdarda olmalıdır. Qardnerellaların yaxmada çox miqdarda olması bakterial vaqinozun əlaməti sayılır.

Qonokokklar (Gn, diplokokklar) normada yaxmada olmur. Qonokokkların yaxmada olması süzənək xəstəliyin əlamətidir.

Trixomonadlar normada yaxmada olmur. Onların yaxmada olması trixomoniazın əlamətidir.

www.klinika-zdorovie.ru

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri