ÜST Ebola ilə mübarizə planını elan edib

05.06.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

XQ "Reuters"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus 518 milyon dollar dəyərində Ebola qızdırması ilə mübarizə üzrə altı aylıq planın işə salındığını  elan edib.

Məlumatda bildirilir ki, təşəbbüs Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçirilir və iyun ayından noyabr ayınadək olan dövrü əhatə edir.

ÜST rəhbərinin sözlərinə görə, yeni plan səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır: "Biz sıfırdan başlamırıq. Bu plan əvvəlki xəstəliklərin və səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır".

O xəstəliyin yayılmasının qarşısını almağın mümkünlüyünə əminliyini ifadə edərək, epidemiya ilə mübarizə üçün siyasi sadiqlik, sabit maliyyələşmə və yerli icmalarla fəal qarşılıqlı əlaqənin zəruri olduğunu vurğulayıb.

Nurəngiz Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью