ÜST Ebola ilə mübarizə planını elan edib
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XQ "Reuters"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus 518 milyon dollar dəyərində Ebola qızdırması ilə mübarizə üzrə altı aylıq planın işə salındığını elan edib.
Məlumatda bildirilir ki, təşəbbüs Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçirilir və iyun ayından noyabr ayınadək olan dövrü əhatə edir.
ÜST rəhbərinin sözlərinə görə, yeni plan səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır: "Biz sıfırdan başlamırıq. Bu plan əvvəlki xəstəliklərin və səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır".
O xəstəliyin yayılmasının qarşısını almağın mümkünlüyünə əminliyini ifadə edərək, epidemiya ilə mübarizə üçün siyasi sadiqlik, sabit maliyyələşmə və yerli icmalarla fəal qarşılıqlı əlaqənin zəruri olduğunu vurğulayıb.
Nurəngiz Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 05 İyun 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















