Icma.az bildirir, Fanat saytına əsaslanaraq. Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" turnirin 2-ci təsnifat mərhələsi çərçi
"Qartallar" Xorvatiya təmsilçisi ilə ilk oyunu sabah Bakıda keçirəcəklər.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Nadir Nəbiyevlə əlaqə saxlayıb təmsilçimizin şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu: "Hayduk" çətin rəqibdir. Bu baxımdan püşk "Zirə"nin üzünə gülməyib.
Üstəlik, komandamızda dəyişikliklər oldu. Rafael Utziqin oynamaması, Salifu Sumanın getməsi "Zirə" üçün böyük itkidir.
Düzdür, yeni oyunçular gəlib. Boşluğu doldura biliblərsə, yenilər uyğunlaşıbsa, nəyəsə ümid etmək olar.
Heç vaxt proqnoz verməyi xoşlamamışam, amma məndə belə hiss var ki, "Zirə" mərhələni keçə bilər. Bu inam hardan yaranıb?
Rəşad Sadıqov amili və futbolçularda özgüvən. Bunu komanda üzvlərinin açıqlamalarından hiss edirəm.