Utziqin oynamaması, Sumanın getməsi Zirə üçün böyük itkidir Nadir Nəbiyev
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə" turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində "Hayduk"la qarşılaşacaq. "Qartallar" Xorvatiya təmsilçisi ilə ilk oyunu sabah Bakıda keçirəcəklər.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Nadir Nəbiyevlə əlaqə saxlayıb təmsilçimizin şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hayduk" çətin rəqibdir. Bu baxımdan püşk "Zirə"nin üzünə gülməyib. Üstəlik, komandamızda dəyişikliklər oldu. Rafael Utziqin oynamaması, Salifu Sumanın getməsi "Zirə" üçün böyük itkidir. Düzdür, yeni oyunçular gəlib. Boşluğu doldura biliblərsə, yenilər uyğunlaşıbsa, nəyəsə ümid etmək olar. Heç vaxt proqnoz verməyi xoşlamamışam, amma məndə belə hiss var ki, "Zirə" mərhələni keçə bilər. Bu inam hardan yaranıb? Rəşad Sadıqov amili və futbolçularda özgüvən. Bunu komanda üzvlərinin açıqlamalarından hiss edirəm. Çətin olacaq, amma "Hayduk" keçilməz rəqib deyil".
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda - "Neftçi Arena"da keçiriləcək. Oyunun start fiti saat 19:30-da səsləndiriləcək. Tərəflər arasında cavab matçı isə ayın 31-də Splitdə təşkil olunacaq.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















