Uzaqgörən siyasət nəticəsində Azərbaycan çox əhəmiyyətli uğurlara imza atır | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Afrika ölkələri ilə münasibətləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib.
Bu əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq, iqtisadi, diplomatik, humanitar və mədəni sahələrdə genişlənib.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixində ilk belə hadisədir.
Prezident İlham Əliyev və Prezident Hasan Şeyx Mahmud arasında keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Dövlətimizin başçısı səfərin əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında siyasi əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcud olduğunu qeyd edib.
O, elm və təhsilin ikitərəfli əlaqələrdə mühüm rol oynadığını bildirərək, Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasını və imzalanan sənədlərin bu sayın artırmağa imkan yaradacağını ifadə edib.
İqtisadi əməkdaşlıq sahəsində, xüsusilə infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın genişlənməsi müzakirə olunub.
Tam oxu
Xəbəri oxu