Icma.az
close
up
RU
Uzaqgörən siyasət nəticəsində Azərbaycan çox əhəmiyyətli uğurlara imza atır

Uzaqgörən siyasət nəticəsində Azərbaycan çox əhəmiyyətli uğurlara imza atır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Afrika ölkələri ilə münasibətləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Bu əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq, iqtisadi, diplomatik, humanitar və mədəni sahələrdə genişlənib. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin tarixində ilk belə hadisədir.

Prezident İlham Əliyev və Prezident Hasan Şeyx Mahmud arasında keçirilən görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib. Dövlətimizin başçısı səfərin əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında siyasi əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcud olduğunu qeyd edib. O, elm və təhsilin ikitərəfli əlaqələrdə mühüm rol oynadığını bildirərək, Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasını və imzalanan sənədlərin bu sayın artırmağa imkan yaradacağını ifadə edib.
İqtisadi əməkdaşlıq sahəsində, xüsusilə infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığın genişlənməsi müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın Somali iqtisadiyyatına sərmayə qoymaq imkanlarını və potensial əməkdaşlıq sahələrini vurğulayıb.
Müdafiə sahəsində də əməkdaşlıq üçün sənəd imzalanıb. Cənab İlham Əliyev Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq, müdafiə avadanlıqlarının istehsalı və ixrac potensialını qeyd edib, Somalinin müdafiə imkanlarının gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
Prezident Hasan Şeyx Mahmud iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Həmin səfər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və gələcək perspektivlərin inkişafına mühüm təsir edəcək. Qarşılıqlı etimad və səmimiyyət üzərində qurulan Azərbaycan-Somali əlaqələri yeni inkişaf dövrünə qədəm qoyub. İki ölkənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətini daha da gücləndirəcəyi gözlənilir. Bu görüşlər, həmçinin Afrika və Asiya arasında yeni bir əməkdaşlıq modelinin yaranmasına zəmin hazırlayır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri