Üzərinə “kərə ləzzətli” və ya hansısa məkan adı yazmaqla... AÇIQLAMA | Icma.az
Demokrat.az saytına istinadən Icma.az xəbər verir. "Son vaxtlar kərə yağı ilə bağlı ən böyük problem odur ki, mağazada müştəri məhsulun nə q
İnsan yalnız rənginə baxır və bu da real vəziyyəti müəyyən etmək üçün kifayət etmir. Ona görə də ilk baxılan indikator qiymətdir.
Təbii kərə yağı heç vaxt 5–10 manata satıla bilməz, çünki 1 kiloqram kərə yağı üçün südün yağlılıq dərəcəsindən asılı olaraq 18–25 litr süd tələb olunur.
Hələ bunun xərci, daşınması, enerjisi, emalı nəzərə alınanda ucuz qiymət sadəcə mümkün deyil".Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.O, qeyd edib ki, məsələ ondadır ki, bəzi istehsalçılar südün yağını ayırdıqdan sonra qalan süd suyuna palma yağı, margarin və müxtəlif bitki yağları əlavə edib onu yenidən qarışdıraraq “kərə yağı” adı ilə satışa çıxarırlar:"Bu isə artıq təbii yağ deyil, sadəcə kərə ətirli qarışıqdır.
Üzərinə “kərə ləzzətli” və ya hansısa məkan adı yazmaqla onu təbii yağ kimi göstərməyə çalışırlar.
Təbii kərə yağının özünəməxsus əlamətləri olur. Açıq sarı rəngdə olur, parlaq olmur, otaq temperaturunda yavaş-yavaş yumşalır və əridikdə su
Ən vacib cəhəti odur ki, təbii yağ əridikdə köpüklənir və süd qoxusuna bənzər yumşaq bir qoxu verir.
Saxta yağlarda isə rəng tünd və parlaq olur, ərimə zamanı yağın içindən su çıxır, “tərləmə” effekti yaranır və heç bir süd qoxusu hiss olunmur".Ekspert bildirib ki, etiket də çox önəmlidir:"Təbii kərə yağı yalnız süddən hazırlanmalıdır.
Tam oxu
Xəbəri oxu