Icma.az
close
up
RU
Üzərinə “kərə ləzzətli” və ya hansısa məkan adı yazmaqla... AÇIQLAMA

Üzərinə “kərə ləzzətli” və ya hansısa məkan adı yazmaqla... AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Son vaxtlar kərə yağı ilə bağlı ən böyük problem odur ki, mağazada müştəri məhsulun nə qoxusunu, nə dadını, nə də keyfiyyətini qiymətləndirə bilir. İnsan yalnız rənginə baxır və bu da real vəziyyəti müəyyən etmək üçün kifayət etmir. Ona görə də ilk baxılan indikator qiymətdir. Təbii kərə yağı heç vaxt 5–10 manata satıla bilməz, çünki 1 kiloqram kərə yağı üçün südün yağlılıq dərəcəsindən asılı olaraq 18–25 litr süd tələb olunur. Hələ bunun xərci, daşınması, enerjisi, emalı nəzərə alınanda ucuz qiymət sadəcə mümkün deyil".
Bunu Demokrat.az-a açıqlamasında qida eksperti İlkin Şirinov deyib.
O, qeyd edib ki, məsələ ondadır ki, bəzi istehsalçılar südün yağını ayırdıqdan sonra qalan süd suyuna palma yağı, margarin və müxtəlif bitki yağları əlavə edib onu yenidən qarışdıraraq “kərə yağı” adı ilə satışa çıxarırlar:
"Bu isə artıq təbii yağ deyil, sadəcə kərə ətirli qarışıqdır. Üzərinə “kərə ləzzətli” və ya hansısa məkan adı yazmaqla onu təbii yağ kimi göstərməyə çalışırlar. Təbii kərə yağının özünəməxsus əlamətləri olur. Açıq sarı rəngdə olur, parlaq olmur, otaq temperaturunda yavaş-yavaş yumşalır və əridikdə su buraxmır. Ən vacib cəhəti odur ki, təbii yağ əridikdə köpüklənir və süd qoxusuna bənzər yumşaq bir qoxu verir. Saxta yağlarda isə rəng tünd və parlaq olur, ərimə zamanı yağın içindən su çıxır, “tərləmə” effekti yaranır və heç bir süd qoxusu hiss olunmur".
Ekspert bildirib ki, etiket də çox önəmlidir:
"Təbii kərə yağı yalnız süddən hazırlanmalıdır. Tərkibində boya, qatqı, dadlandırıcı və bitki yağı göstərilirsə, o məhsul artıq kərə yağı deyil".
Onun sözlərinə görə, kəsmiklə bağlı vəziyyət də bənzərdir:
"Kəsmik temperatur rejiminə həssas olduğu üçün açıq qabda, etiket olmadan, bazarda satılan məhsullar ciddi risk yaradır. Köhnəlmiş kəsmik bozarmış-sarı rəng alır və turş qoxu verir. Bu isə artıq mikrobioloji çirklənmənin göstəricisidir".
Ekspert qeyd edib ki, bu məhsullarla insanlar, uşaqlar, hamilə qadınlar, xəstələr qidalanır:
"Buna baxmayaraq, bəzən işbazlar vicdan məsələsini kənara qoyub insanları aldadırlar. Yağ və süd məhsullarında saxtakarlıq sadəcə maddi qazanc deyil, həm də insan sağlamlığı ilə oynamaq deməkdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri