Üzeyir Hacıbəyli irsinin tədqiqinə yeni töhfələr | Icma.az
Icma.az bildirir, 525.az portalına istinadən. Oktyabrın 16-da Mədəniyyət Nazirliyinin, bp şirkətinin, "Azərnəşr"in, "Zərdabi-Nəşr"in dəstəyi
Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrında bəstəkarın irsinə dair nəşrlər və konsert proqramı təqdim edildi.
Tədbirin rəsmi hissəsində əvvəlcə Yazıçılar Birliyinin üzvü, şair Fərid Hüseyn çıxış etdi.
Sonra bp şirkətinin rəhbəri Ciovanni Kristofoli və Xalq artisti, bəstəkar, üzeyirşünas alim Sərdar Fərəcova söz verildi.
Konsertin bədii hissəsində Üzeyir Hacıbəylinin əsərləri dirijor Sevil Hacıyevanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrının xoru və simfonik orkestrinin ifasında səsləndi və hər kəsdə xoş hisslər yaratdı.
Bu proqramda "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, "Görüş" səhnəsi (E.Zeynalov və G.Fərəcova), "Koroğlu" operasından "Qızların rəqsi", "Həsən xanın ariyası" (T.Yəhyayevin ifasında), "Cəngi" rəqsi, "Sevgili canan" (A.Qarayevin ifasında) romansı, "Arşın mal alan" operettasından "Qızların xoru", "Gülçöhrə ilə Əsgərin dueti" (F.Əliyev və G.Hacıyeva), "Milli marş", "Şeyx Sənan" operasından "Müqəddimə", eləcə də Hüsniyyə Mürvətova ilə Tural Əhmədin qiraətində Üzeyir Hacıbəyliyə aid şeir səsləndi.
Səhnə tərtibatında Əməkdar incəsənət xadimlərindən - Yuri Labaçev və Hafiz Quliyevin rolunu xüsusilə vurğulamaq lazımdır.
Qeyd edək ki, kitabların ərsəyə gəlməsində Üzeyir Hacıbəylinin Ev-muzeyinin direktoru, bəstəkar, üzeyirşünas alim Sərdar Fərəcovun da rolu böyükdür.
Tam oxu
Xəbəri oxu