Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

Üzeyir Hacıbəyli irsinin tədqiqinə yeni töhfələr

Üzeyir Hacıbəyli irsinin tədqiqinə yeni töhfələr

Icma.az bildirir, 525.az portalına istinadən.

Oktyabrın 16-da Mədəniyyət Nazirliyinin, bp şirkətinin,  "Azərnəşr"in, "Zərdabi-Nəşr"in dəstəyi ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrında bəstəkarın irsinə dair nəşrlər və konsert proqramı təqdim edildi.

Tədbirin rəsmi hissəsində əvvəlcə Yazıçılar Birliyinin üzvü, şair Fərid Hüseyn çıxış etdi. Sonra bp şirkətinin rəhbəri Ciovanni Kristofoli və Xalq artisti, bəstəkar, üzeyirşünas alim Sərdar Fərəcova söz verildi.

Konsertin bədii hissəsində Üzeyir Hacıbəylinin əsərləri dirijor Sevil Hacıyevanın rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Komediya Teatrının xoru və simfonik orkestrinin ifasında səsləndi və hər kəsdə xoş hisslər yaratdı. Bu proqramda "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, "Görüş" səhnəsi (E.Zeynalov və G.Fərəcova), "Koroğlu" operasından "Qızların rəqsi", "Həsən xanın ariyası" (T.Yəhyayevin  ifasında), "Cəngi" rəqsi, "Sevgili canan" (A.Qarayevin ifasında) romansı, "Arşın mal alan" operettasından "Qızların xoru", "Gülçöhrə ilə Əsgərin dueti" (F.Əliyev və G.Hacıyeva), "Milli marş", "Şeyx Sənan" operasından "Müqəddimə", eləcə də Hüsniyyə Mürvətova ilə Tural Əhmədin qiraətində Üzeyir Hacıbəyliyə aid şeir səsləndi.  Səhnə tərtibatında Əməkdar incəsənət xadimlərindən - Yuri Labaçev və Hafiz Quliyevin rolunu xüsusilə vurğulamaq lazımdır.

Qeyd edək ki, kitabların ərsəyə gəlməsində Üzeyir Hacıbəylinin Ev-muzeyinin direktoru, bəstəkar, üzeyirşünas alim Sərdar Fərəcovun da rolu böyükdür. S.Fərəcov ənənəvi olaraq hər zaman bəstəkarın yubileylərinə müxtəlif   layihələr, kitablar, məcmuələr hazırlayır. Bu dəfə S.Fərəcovun ideya müəllifliyi və tərtibçiliyi, Tamam Bayatlının tərcüməçiliyi, eləcə də F.Hüseynin redaktorluğu ilə "Ömür albomu", "Uşaqlara hədiyyə", Üzeyir Hacıbəylinin Ev-muzeyi haqqında broşür, "Unudulmaz incilər" adlı nəşrlər ərsəyə gəlib. Lakin unutmayaq ki, bu kitabların ərsəyə gəlməsi üçün böyük bir komanda, yaradıcı qüvvə və Üzeyirsevər insanlar çalışıblar.

"Ömür albomu" dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı və yaradıcılıq yoluna bir foto səyahətdir. Albomda bəstəkarın uşaqlığı, gəncliyi, kamillik dövrü, yaradıcı və sənət dostları, həmkarları, tələbələrinin fotoları, afişalar, proqramlar və sair yer alıb. Arxiv materillarının toplanmasında, şəkillərin seçilməsində bəstəkar S.Fərəcovala birgə çalışmış Üzeyir Hacıbəylinin Ev-muzeyinin əməkdaşı Nərgiz Qədirovaya da xüsusi təşəkkür düşür.

"Uşaqlara hədiyyə" səs və fortepiano üçün yazılmış uşaq mahnılarından ibarət məcmuədir. Bu məcmuə "Azərbaycan Türk-El  nəğmələri" (1927) və K.Səfərəliyevanın redaktorluğu ilə ərsəyə gəlmiş "Uşaq albomu" (1961)  məcmuəsi əsasında ərsəyə gəlib. "Azərbaycan Türk-El nəğmələri" məcmuəsində xalq mahnıları ilə yanaşı, "Yetim quzu", "Ninni", "Bir quş düşdü havadan", "Biçinçiyəm", "Çək şumla yeri", "Zəhmətin işığı", "Səhər-səhər yaz çağı", "Şəfəq sökülərkən", "Çıxdı günəş", "Beşik başında" mahnıları, bəstəkarın özünəməxsus olsa da, el havası kimi təqdim edilib, folklorizasiya olunub. Lakin S.Fərəcov həmin mahnıları bir araya yığaraq "Uşaqlara hədiyyə" adı ilə təqdim edir. Not qrafikinin yeni versiyada yığılmasında Üzeyir Hacıbəylinin Ev-muzeyinin əməkdaşı Vəfa Bağırzadənin əməyi yüksək qiymətə layiqdir.

lll

"Üzeyir Hacıbəylinin Ev-muzeyi haqqında broşür" bu muzeyi ziyarət edənlərə dəyərli töhfədir. Bu məkanı ziyarət edənlər hər zaman buranın aurasına heyran qalır, muzeydə əldə etdikləri bilgiləri yadda saxlamağa çalışırlar. Bu baxımdan nəşr edilən broşür muzeyin ziyarətçiləri üçün nəzərdə tutulan ən xoş hisslərin, ən nəfis təəssüratların əksi kimi gözəl hədiyyələrdən biridir.

lll

"Unudulmaz incilər" xüsusi bir məcmuədir desək, yanılmarıq. Çünki burada təkcə Üzeyir Hacıbəylinin unudulmuş əsərləri deyil, həm də bəstəkar Sərdar Fərəcovun Üzeyir irsinə dair apardığı tədqiqatların, araşdırmaların məhsulu var. Məcmuəyə "Milli marş", "Şeyx Sənan" operasından 3 fraqment ("Müqəddimə", "Qızların xoru", "Şeyx Sənanın eşq etirafı"), Simfonik rəqslər №1, Simfonik rəqslər №2, "Bahar nəğməsi", "Aşıqsayağı" əsərləri daxildir. Partituranın not qrafikinin yığılmasını istedadlı musiqiçi Yavər Nemətli həyata keçirib.

lll

Nəşrdəki "Bahar nəğməsi" sözləri və musiqisi Üzeyir Hacıbəyli tərəfindən yazılan, yazın nəfəsini canına çəkən ən gözəl mahnılardan biridir. Bu əsər Üzeyir Hacıbəylinin Ev-muzeyinin fondunda birsəsli şəkildə, səs və fortepiano üçün əlyazma variantında qorunur. Əlyazma daha çox bəstəkarın ilk yazdığı varianta - qaralamaya bənzəyir. Lakin S.Fərəcovun yeni redaktəsi nəticəsində çoxsəsli hal alıb (xor səsləri olan soprano, alt, tenor, bariton) və simfonik orkestr üçün nəzərdə tutulub.

Sərdar Fərəcovun tədqiqatlarından məlum olur ki, əsərin dəqiq yazılma tarixi məlum olmasa da, mətnin latın hərfləri ilə yazılmasını nəzərə alaraq nəğmənin 1920-30-cu illərə aid olduğunu təxmin etmək mümkündür.Əsər bəstəkar S.Fərəcov tərəfindən fortepiano və səs, fortepiano və simli kvartet, eləcə də xor və simfonik orkestr üçün işlənilib.

lll

Məcmuədə bəstəkarın "Simfonik rəqs №1", "Simfonik rəqs №2" adlı əsərləri də xüsusi diqqətəlayiqdir. Həmin əsərlərə  məhz S.Fərəcov "simfonik rəqs" adı verib. Qeyd edək ki, 1990-cı illərdə "Simfonik rəqslər"in notlarını S.Fərəcova, qaralama halında və natamam  şəkildə,  Üzeyir Hacıbəylinin Ev-muzeyinin keçmiş direktoru R.Xəlilov təqdim etmişdi. Onun təşəbbüsü ilə S.Fərəcov həmin əsərləri B.S.O üçün işləyərək   partitura şəklinə salıb. Bu gün həmin partituralar Üzeyir Hacıbəylinin Ev-muzeyinin fondunda qorunur.

lll

"Milli marş"ı Üzeyir Hacıbəyli 1917-ci ildə bəstələyib. 1919-cu ildə yenidən işlənən bu əsər o zaman hökumət tərəfindən dövlət himni üçün elan olunan müsabiqəyə təqdim edilmiş, birincilik qazanmışdı. Lakin 1920-ci il aprel çevrilişindən sonra bir daha ifa olunmayıb, hətta notları itirilmiş hesab olunurdu. Həmin marşın musiqi mətni birsəsli halda türk musiqişünası Eten Üngörün "Türk marşları" kitabında (1996) çap olunub. 1991-ci ildə "Milli marş" bəstəkar Sərdar Fərəcov tərəfindən yenidən redaktə edilib, dördsəsli xor və simfonik orkestr üçün işlənib.

Üzeyir Hacıbəylinin "Milli marş"ının musiqisinin bərpa olunmuş mətni 2005-ci ildə bəstəkarın 120 illik yubileyi münasibətilə "Vətən. Millət. Ordu" məcmuəsində çap olunmuşdu. Ev-muzeyinin əməkdaşları tərəfindən, bəstəkar S.Fərəcovun redaktəsi altında hazırlanmış bu məcmuədə "Milli marş"ın poetik mətnində bir sıra dəyişikliklər özünü göstərir.

lll

Üzeyir Hacıbəylinin "Aşıqsayağı"sı onun ən çox sevilən və ifa olunan əsərlərindən biridir. Lakin bu məcmuəyə daxil edilmiş  "Aşıqsayağı" əsəri bəstəkarın tələbəsi Qara Qarayevin fərqli baxışlarının təfsiri - simfonik orkestr üçün işləməsidir. Əsərə dair S.Fərəcov tədbirdəki çıxışında bildirib:"Üzeyir Hacıbəyli hər bir bəstəkar üçün mənəvi qidadır. Uzun və yenilikçi axtarışlarına görə Qərb ənənələrinə üz tutan Qara Qarayev sonda ən düzgün yaradıcılıq yolunu, daxili suallarına dair cavablarını və ən əsas yenə də öz mənəvi qidasını məhz Üzeyir Hacıbəyli də tapır!"

lll

2009-cu ildə "Şeyx Sənan" operasının librettosu əsasında bəstəkar S.Fərəcov öz tədqiqatlarına başlayıb və  2012-ci ildə "Şeyx Sənan" operasına daxil olan musiqi nömrələrindən bəzilərini aşkarlayaraq onları bərpa edib.  Bərpa olunan musiqi nömrələri bunlardır:

1) I pərdədən Xorun oxuduğu -"Xəlqi edən məftun" adlı "Müqəddimə"

2) II pərdədən "Şeyx Sənanın Eşq etirafı" ("İnsaf eyləyin, halıma yanın" ariyası)

3) II pərdədən "Qızların xoru" 

Məlumdur ki, "Şeyx Sənan"  operasına yazılmış musiqi nömrələri Üzeyir Haclbəylinin digər əsərlərində başqa adlarla yaşayır. S.Fərəcov müəyyən edib ki, "Şeyx Sənan" operasına aid olan "Müqəddimə" sonradan Üzeyir Hacıbəyli tərəfindən "Ər və arvad" musiqili komediyasına "Nökərlərin xoru" (III pərdə) adı ilə daxil edilib. Bəstəkar Sərdar Fərəcov hər üç musiqini BSO üçün işləyib və əsərə kifayət qədər harmonik, polifonik çalarlar daxil edib. Eləcə də yeni redaktədə xordan əlavə solo tenor və soprano partiyaları da verilib.

Ümumilikdə, hər 3 musiqi nömrəsinə dair orkestrləşdirmə  və redaktə işi çox uğurlu olub.

lll

Təqdim edilən yeni nəşrlər, təbii ki, Üzeyir Hacıbəylinin yubileyinə dəyərli töhfələr oldu. Lakin bu gözəl tədbirin bir sevincli tərəfi də Sərdar Fərəcovun payına düşür. Çünki S.Fərəcov 30 ildən çoxdur ki, Üzeyir Hacıbəyli irsinin, yaradıcılığının tədqiqatı ilə məşğul olur. O, dahi bəstəkarın yaradıcılıq irsinin nəinki tədqiqatçısı, həm də təbliğatçısıdır, Üzeyir irsinin fədakar mühafizəçisidir. 

Tədbirin sonuna doğru paylanan kitablar məhz Sərdar Fərəcovun çoxillik zəhməti əsasında  bərpa olunan və Üzeyir irsindən xalqına ötürülən növbəti incilərdir.

Humay FƏRƏCOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see297

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see233

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see229

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see211

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see209

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see203

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see192

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see190

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see173

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see156

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see140

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see137

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri