Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. 2025-ci ildə ölkəmizdə iki böyük dühanın – dünya musiqi tarixində şərəfli yeri olan,
Artıq bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvafiq sərəncamlar da imzalamışdır.
XX əsrdə içtimai fikrə xüsusi təsir göstərmiş bu tarixi simaların azadlıq ideallarına bağlı, istiqlal və azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş irsləri soydaşlarımızın milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamış, onlarda mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır.
Hər iki şəxsiyyəti fenomenə çevirən əsas reallıqlar da elə bunlardır.
Ömürlərində cəmi bircə dəfə bir-birini uzaqdan görən bu dahilərin içtimai fəaliyyətlərində, fikir və düşüncələrində o qədər oxşar və ortaq cəhətlər var ki, adam heyrətlənməyə bilmir.
Heç tərəddüd etmədən B.Vahabzadəni Ü.Hacıbəylinin əqidə məsləkdaşı, ardıcılı, XX əsrin II yarısından formalaşan yeni içtimai-siyasi mühitdə onun fikir və düşüncələrinin davamçısı hesab etmək olar.
Çünki hər iki tanınmış sima xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə eyni cür, əsl ziyalı mövqeyi nümayiş etdirmişlər.
Bu baxımdan onların ana dili, onun inkişafı və saflığının qorunması, dilə biganə münasibət, doğma dilin haqsız hücumlardan müdafiə olunması, ana dilli məktəb və xarici dilərin öyrənilməsi barədə oxşar və ortaq fikirləri çox maraqlı, həm də son dərəcə əhəmiyyətlidir.