Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aprelin 9 da tanınmış ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə seminar keçirilib.
Seminarın moderatoru, fəlsəfəüzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını diqqətə çatdırıb.
Sonra sözü məruzəçi f.ü.f.d., dosent Faiq Ələkbərliyə verib.
Mövzu ilə bağlı çıxış edən məruzəçi Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyalarından, fəlsəfi ictimai fikir baxışından, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş dahi bəstəkar və ictimai xadim olduğunu vurğulayıb.
Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır.
Dünya şöhrətli bəstəkar öz musiqi və publisistik əsərlərində azərbaycançılıq və türkçülük mövqeyini daima müdafiə etməklə bərabər yaradıcılığında millilik və ümumbəşərilik vəhdəti təşkil etmişdir.
Bəstəkarın musiqimizin müxtəlif sahələrinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də dəyərli mənbə kimi bizim üçün qiymətli olmaqla yanaşı həm də vətənpərvərliyi, milli qüruru, azərbaycançılığı musiqi dili ilə məharətlə ifadə etmişdir.