Icma.az
close
up
RU
“Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları” mövzusunda ümuminstitut seminarı keçirilib

“Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları” mövzusunda ümuminstitut seminarı keçirilib

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 9 da tanınmış ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə seminar keçirilib. Seminarın moderatoru, fəlsəfəüzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını diqqətə çatdırıb. Sonra sözü məruzəçi f.ü.f.d., dosent Faiq Ələkbərliyə verib. Mövzu ilə bağlı çıxış edən məruzəçi Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyalarından, fəlsəfi ictimai fikir baxışından, çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş dahi bəstəkar və ictimai xadim olduğunu vurğulayıb. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Dünya şöhrətli bəstəkar öz musiqi və publisistik əsərlərində azərbaycançılıq və türkçülük mövqeyini daima müdafiə etməklə bərabər yaradıcılığında millilik və ümumbəşərilik vəhdəti təşkil etmişdir. Bəstəkarın musiqimizin müxtəlif sahələrinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də dəyərli mənbə kimi bizim üçün qiymətli olmaqla yanaşı həm də vətənpərvərliyi, milli qüruru, azərbaycançılığı musiqi dili ilə məharətlə ifadə etmişdir. F.Ələkbərli: “Mən inanıram ki, yeni nəsil Üzeyir Hacıbəylinin yalnız musiqi ruhunu deyil, türkçülük, islamçılıq, azərbaycançılıq ruhunu da gələcəyə ötürəcəkdir ”.

Daha sonra institutun direktoru f.e.d. prof. İlham Məmmədzadə öz çıxışında vurğulayaraq bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığına nəzər saldıqda onun fəlsəfi baxışlarında azərbaycançılıq, türkçülük ideyaları ilə yanaşı ümumbəşəri ideyaları, multikultural dəyərləri görürük. Üzeyir Hacıbəyli demək olar ki, bütün yaradıcılığı dünyəvilik örnəyi ola bilər. O həm musiqidə, həm fəlsəfədə, həm də mədəniyyətlə bağlı olmalıdır. Azərbaycanın musiqisi, operası, mədəniyyəti bizi dünyada tanıdan əsas amillərdir. Üzeyir Hacıbəylinin fəlsəfi əsəri olmasa da onun insan ruhuna təsiri bizim fəlsəfəmizi yaradır.Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, f.ü.f.d.,dosent Şölət Zeynalov, f.e.d, Füzuli Qurbanov, f.e.d., professor Rafail Əhmədli, doktorant Rasim Məcidov, t.ü.f.d., dosent Nuruzadə Şəhla, f.ü.f.d. Məhəmməd Cəbrayılov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı mövzularla məruzə ilə çıxış ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri