Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Solmaz Rüstəmova-TOHİDİTarix elmləri doktoru, professor Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir Hacıbəyli (Hacıbəyov) qədər hələ öz sağlığında geniş şöhrət qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir.
İlahi istedad, böyük zəhmət, təhsil və qiraətlə daim artırılan bilik, yeniliyə açıqlıq, maraq, müşahidə, ünsiyyət, xeyirxahlıq, nəhayət qayğı və məhəbbət kimi keyfiyyətlərin təcəssümü olan bu insan nəinki öz zamanında, bəlkə də Zamanın fövqündə doğulmuşdu.
Belə ki, yaşadığı bütün üç fərqli siyasi quruluş, üç dövlət - Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Azərbaycan SSR - şəraitində bütün sarsıntı və təlatümlərə, maneə və çətinliklərə baxmayaraq, özünütəsdiqin bütün sınaqlarından keçərək baş vurduğu hər sahədə peşə, həyatda isə şəxsi Kimliyini saxlaya bilmişdi: bəstəkar, dirijor, musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir, dramaturq, alim, ictimai-siyasi xadim!
Oğul, Qardaş, Dost, Ər, Qohum, Müəllim, sadəcə İnsan! Lakin hətta bu gün də - Üzeyir bəyin 140 illik yubileyinin böyük təntənələr, yeni kita
Belə ki, hələ çox cavan vaxtlarından daim mətbuatın, daha sonralar ən müxtəlif sahələrdə tədqiqatların diqqət mərkəzində olan bu insanın həy
bilik və məlumatların heç də tam və kamil olmadığı aydınlaşır.
Neçə illər əvvəl - Üzeyir bəyin son dərəcə məzmunlu və hadisələrlə zəngin həyatını arxiv sənədləri əsasında təsvir etmək təklifi ilə işə başladığım zamandan bu həqiqəti özün üçün günbəgün təsdiq edirdim.