Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya XİN cinayəti danır, həqiqəti isə inkar edir Görünən odur ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi başda olmaqla, rəsmi strukturlar yalan və qərəzli bəyanatlar səsləndirməklə ikitərəfli münasibətləri geriyə dönüşün olmadığı nöqtəyə çatdırmaq barədə “yekdil” qərar qəbul ediblər.
Buna diplomatik dildə sinizm, yəni, səmimiyyətdən uzaq siyasət deyilir.
Bir il bundan əvvələ kimi özünün normal məcrasında davam edən Bakı–Moskva münasibətlərini bu nöqtəyə gətirən hadisələrin qısa xronikasına nəzər yetirək.
Hər şey 2024-cü il dekabrın 25-də Rusiya HHM qüvvələrinin Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsini vurması ilə başladı.
38 nəfərin həlak olduğu faciə barədə Azərbaycan fakt və sübutları ortaya qoydu, Rusiya tərəfini fəlakətin əsl səbəblərini gizlətməkdə və qəsdən dezinformasiya yaymaqda ittiham etdi.
Kreml susdu. 2025-ci ilin fevralında Azərbaycan mediasına kiberhücumlar baş verdi.
Bakı haqlı olaraq bu hücumlarda hökumət strukturları ilə sıx əlaqədə olan rus haker qruplarından şübhələndi. Kreml reaksiya vermədi.