Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda nəqliyyat sahəsində əsas problem qiymət yox, təşkilati məsələlərdir”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın bütün növləri ayrı-ayrılıqda fəaliyyət göstərdiyi üçün vahid sistem qurula bilmir.
“Məsələn, Avropada və dünyanın bir çox ölkəsində uzunmüddətli nəqliyyat kartları mövcuddur.
Vətəndaş müəyyən məbləği – illik haqqı ödəməklə bütün ictimai nəqliyyatdan limitsiz istifadə edə bilir. Bizdə də bu tətbiq olunmalıdır.
Belə olsa, tələbələr və digər sərnişinlər də bu güzəştlərdən faydalana bilərlər”, – deyə iqtisadçı vurğulayıb.
O həmçinin məsafəyə görə tarifləndirmənin daha ədalətli olacağını qeyd edib: “Hazırda metroda bir stansiya da getsən, on stansiya da getsən eyni haqq ödəyirsən.