“Uzunmüddətli kartlar və məsafəyə görə tarif sistemi tətbiq olunmalıdır” Xalid Kərimli
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanda nəqliyyat sahəsində əsas problem qiymət yox, təşkilati məsələlərdir”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın bütün növləri ayrı-ayrılıqda fəaliyyət göstərdiyi üçün vahid sistem qurula bilmir.
“Məsələn, Avropada və dünyanın bir çox ölkəsində uzunmüddətli nəqliyyat kartları mövcuddur. Vətəndaş müəyyən məbləği – illik haqqı ödəməklə bütün ictimai nəqliyyatdan limitsiz istifadə edə bilir. Bizdə də bu tətbiq olunmalıdır. Belə olsa, tələbələr və digər sərnişinlər də bu güzəştlərdən faydalana bilərlər”, – deyə iqtisadçı vurğulayıb.
O həmçinin məsafəyə görə tarifləndirmənin daha ədalətli olacağını qeyd edib:
“Hazırda metroda bir stansiya da getsən, on stansiya da getsən eyni haqq ödəyirsən. Halbuki məsafəyə görə qiymətləndirmə sərnişinlərin xərclərinə uyğun daha düzgün yanaşma olardı.
Mən hesab edirəm ki, yaşa və statusa görə güzəştlərdən çox, məsafəyə görə tarifləndirmə və uzunmüddətli kart sistemi tətbiq edilməlidir”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 Sentyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















