News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Artıq bir ildən çoxdur ki, Bakı şəhərinin izahlı baş planı ictimaiyyətə təqdim olunub.
Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb.
Bakının yeni baş planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.Belə ki, Bakı şəhərinin baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb.
Yeri gəlmişkən bu gün Bakı meri Eldar Əzizov mediaya açıqlamasında bildirib ki, Bakının baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir.
Bəs Bakının yeni baş planına əsasən paytaxtın hansı rayonlarında, nələrin dəyişməsi gözlənilir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, bu baş plan uzunmüddət idi ki, ölkə vətəndaşları tərəfindən gözlənilirdi.
Xüsusilə də Bakıdakı köhnə yaşayış fonduna daxil olan mənzillərdə yaşayan sakinlər bu planı səbrsizliklə gözləyirdilər.