Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

VACİB XƏBƏR! Yeni Baş Plana əsasən BAKIDA NƏLƏR DƏYİŞƏCƏK?

VACİB XƏBƏR! Yeni Baş Plana əsasən BAKIDA NƏLƏR DƏYİŞƏCƏK?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq bir ildən çoxdur ki, Bakı şəhərinin izahlı baş planı ictimaiyyətə təqdim olunub. Planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb. Bakının yeni baş planı isə 2040-cı ilədək paytaxtın simasının əhəmiyyətli dərəcədə dəyişəcəyini vəd edir.

Belə ki, Bakı şəhərinin baş planında əhali sıxlığı, mobillik, metro və dəmiryol şəbəkəsi, küçə-yollar, avtomobilləşmə səviyyəsi, ekoloji durumun yaxşılaşdırılması, qəbiristanlıqlar, mühəndis kommunikasiya infrastrukturu, elektrik, istilik, su təchizatı, tullantı suları, yağış suları, rabitə sistemi və sair məsələlər öz əksini tapıb. Yeri gəlmişkən bu gün Bakı meri Eldar Əzizov mediaya açıqlamasında bildirib ki, Bakının baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir. Bəs Bakının yeni baş planına əsasən paytaxtın hansı rayonlarında, nələrin dəyişməsi gözlənilir?  

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a açıqlamasında bildirib ki, bu baş plan uzunmüddət idi ki, ölkə vətəndaşları tərəfindən gözlənilirdi. Xüsusilə də Bakıdakı köhnə yaşayış fonduna daxil olan mənzillərdə yaşayan sakinlər bu planı səbrsizliklə gözləyirdilər. Eyni zamanda da bu baş plan uzun illər ərzində Bakıda fəaliyyət göstərən tikinti şirkətləri üçün də diqqət mərkəzində olub. Təbii ki, Bakının gələcəyi çox mühüm məsələdir. Bu da Bakı şəhərinin baş planı ilə birbaşa  bağlıdır.  Burada birinci perspektiv vətəndaşların hansı ərazilərdə məskunlaşdırılması məsələsi olacaq. Yeni parkların, yaşayış məntəqələrinin inşası və təyinatı dəyişdirilə biləcək köhnə zavod və istehsalat müəssisələrinin gələcək taleyi məsələsi var. Bununla bağlı digər bir sıra mühüm məqamlar da mövcuddur.

Eskpert onu da vurğulayıb ki,  Bakının baş planına son 100 il ərzində bir neçə dəfə baxılıb. Sonuncu dəfə isə Bakının baş planının təqdimatı və təsdiqi 1986-cı ildə olub.  Bakı artıq o dövrlərdə böyük sənaye şəhəri idi. Lakin Sovetlər birliyi dağıldıqdan sonra Bakının baş planına dəfələrlə baxılsa da təsdiq olunmayıb. Sonralar isə 2012-ci ildə Bakının müfəssəl planı ölkə başçısına təqdim edilmişdi. Burada bəzi kvartalların yenidən qurulması ilə bağlı qeydlər aparılmışdı. 2018-ci ildə Nazirlər Kabinetinə bir çox səlahiyyətlər verildikdən sonra işlənmiş layihə qeyri-dəqiq hesab olunduğundan buraya beynəlxalq təşkilatlar cəlb edildilər. Fransa və Almaniya şirkəti tenderdə qalib oldu. Beləliklə də bu şirkət tərəfindən Bakının baş planı hazırlandı. Bu çox mühüm məsələdir.  Bakının baş planı Azərbaycan iqtisadiyyatı üçün də çox önəmlidir.

Ekspert eyni zamanda bir sıra riskli məsələlər barədə də danışıb.  O, bildirib ki, Bakı şəhərində təxminən 11 min çoxmənzilli bina var ki, onların istismar müddətləri bitib. Buraya məhşur Xruşşov və Fransız adlandırılan binalardır. Onların gələcəkdə sökülməsi nəzərdə tutulub. Hətta müəyyən bir siyahı var ki, orada 1000-dən çox qəzalı və yarımqəzalı bina qeydiyyata alınıb. Son illərdə həm də binaların inşası ilə bağlı sərəncamların az olması ciddi qiymət artımına səbəb olub.  

Elnur Azadov onu da deyib ki, daşınmaz əmlakla bağlı şəffaflıq olmalıdır.  Bakının baş planı ilə bağlı hər kəsə xüsusilə də  tikinti şirkətlərinə hər şey aydın şəkildə izah edilməlidir.  

Mütəxəssis yeni plana əsasən dəyişikliklər barədə də danışıb.  O, deyib ki, ən çox dəyişikliklərə əsasən 2016-cı ildən Nazirlər Kabinetinin qərarına əsasən Bakıda pilot layihələr başladıldı. Bu proses 2018-ci ildə bu proses dayandırıldı. Bakı və Bakı ətrafında olan köhnə binalar getdikcə ciddi risklidir.  Mövcud vəziyyətdə gərək bəzi qəzalı binaların sökülməsi məsələsini hökumət öz nəzarətinə götürməlidir. Çünki bu qədər böyük işin öhdəsindən tikinti şirkətləri tək gələ bilməyəcək.

"Bakı şəhərinin mərkəzi hissəsində olan binaların çoxu  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur və bu səbəbdən sökülməsi nəzərdə tutulmur. Paytaxtda ən çox Nəsimi, Nərimanov, Yasamal, Nizami, Binəqədi rayonlarında 2-5 mərtəbəli binaların sökülməsi nəzərdə tutulur", - deyə ekspert əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Yanvar 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri