Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Valensiya” və “Atletik Bilbao” arasında keçirilən İspaniya Kral Kuboku mövsümünün 1/4 final matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Valensiyadakı “Mestalya” stadionunda oynanılıb. Oyunun baş hakimi Viktor Qarsiya Verdura olub. Matç qonaqların xeyrinə 2:1 hesabı ilə başa çatıb.
Hesab matçın 26-cı dəqiqəsində açılıb. “Valensiya”nın hücumçusu Umar Sadiq topu öz qapısına vurub. 35-ci dəqiqədə Sadiq artıq “Atletik”in qapısına qol vuraraq hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi İnaki Uilyams vurub.
İspaniya Kubokunun digər dörddəbir final matçında “Real Sosyedad” səfərdə “Alaves”dən üstün olub – 3:2.