“Valensiya” Kral Kuboku matçında “Atletik Bilbao”ya məğlub olub
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Valensiya” və “Atletik Bilbao” arasında keçirilən İspaniya Kral Kuboku mövsümünün 1/4 final matçı başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Valensiyadakı “Mestalya” stadionunda oynanılıb. Oyunun baş hakimi Viktor Qarsiya Verdura olub. Matç qonaqların xeyrinə 2:1 hesabı ilə başa çatıb.
Hesab matçın 26-cı dəqiqəsində açılıb. “Valensiya”nın hücumçusu Umar Sadiq topu öz qapısına vurub. 35-ci dəqiqədə Sadiq artıq “Atletik”in qapısına qol vuraraq hesabı bərabərləşdirib. Qələbə qolunu 90+6-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi İnaki Uilyams vurub.
İspaniya Kubokunun digər dörddəbir final matçında “Real Sosyedad” səfərdə “Alaves”dən üstün olub – 3:2.
Bu mövzuda digər xəbərlər:“Qarabağ” “Atletik Bilbao”ya məğlub oldu − Yenilənib
22 Oktyabr 2025 22:43
Laport “Atletik Bilbao”ya qayıtdı
12 Sentyabr 2025 13:36
“Atletik Bilbao” öz meydançasında məğlub olub
25 Oktyabr 2025 22:55
Beşiktaş Atletik Bilbao ya qarşı CANLI YAYIM
22 Yanvar 2025 19:34
UEFA Çempionlar Liqası: Qarabağ Atletik Bilbao ya qarşı
22 Oktyabr 2025 07:30
Baxış sayı:108
Bu xəbər 05 Fevral 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















