Valideyn övlad münasibətlərindəki ziddiyyətlər Kaspi nin ŞƏRHİ | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə
Valideynlər onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir.
Ötən həftə yazıçı Müşfiq Xanın oğlunun dərs oxumaqdan bezdiyi üçün evdən qaçması onu tanıyan, tanımayan hər kəsi narahat etmişdi.
Ümumiyyətlə, uşaqların yetkinlik dövründə oxumaqdan bezmələri, valideynlərlə normal ünsiyyət qura bilməmələri kimi hallar müşahidə olunur.
Etiraz üçün evdən qaçanlar da var, hətta daha irəli gedib başqa variantlara əl atanlar da.
Valideyn övladının gələcəyi üçün çalışdığını deyir, uşaq isə o gələcəyi istəmədiyini bildirir. Bəs valideyn qızıl ortanı necə tapmalıdır?
Ümumiyyətlə, yeni dövrün yeni yanaşma tələb edən uşaqları ilə tərbiyə metodları necə olmalıdır?
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: Təcrübədə rast gəlinən problemlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin əməkdaşı, psixoloq Zülfiyyə Sadıq bildirib ki, cəmiyyətdə uşaq və yeniyetmələrlə bağlı rastlaşdığımız problemlərin kökündə həmişə ailədaxili münasibətləri əsas götürürük: "Təcrübədə rast gəlinən problemlər sırasına yeniyetmələrin valideynləri tərəfindən başa düşülməməsi, hüquqlarının məhdudlaşdırılması, şəxsi həyatlarına müdaxilə edilməsi, onları özləri ilə müqayisə etmələri, eyni həyat tərzini və tərbiyə metodlarını yeniyetmələrə tətbiq etmələri, seçim hüququnun verilməməsi, yaş dövrünün xüsusiyyətlərinin nəzərə alınmaması kimi hallar daxildir.
Tam oxu
Xəbəri oxu