Icma.az
close
up
RU
Valideyn övlad münasibətlərindəki ziddiyyətlər Kaspi nin ŞƏRHİ

Valideyn övlad münasibətlərindəki ziddiyyətlər Kaspi nin ŞƏRHİ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması vacibdir. Valideynlər onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir.

Ötən həftə yazıçı Müşfiq Xanın oğlunun dərs oxumaqdan bezdiyi üçün evdən qaçması onu tanıyan, tanımayan hər kəsi narahat etmişdi. Ümumiyyətlə, uşaqların yetkinlik dövründə oxumaqdan bezmələri, valideynlərlə normal ünsiyyət qura bilməmələri kimi hallar müşahidə olunur. Etiraz üçün evdən qaçanlar da var, hətta daha irəli gedib başqa variantlara əl atanlar da. Valideyn övladının gələcəyi üçün çalışdığını deyir, uşaq isə o gələcəyi istəmədiyini bildirir.

Bəs valideyn qızıl ortanı necə tapmalıdır? Ümumiyyətlə, yeni dövrün yeni yanaşma tələb edən uşaqları ilə tərbiyə metodları necə olmalıdır?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Təcrübədə rast gəlinən problemlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin əməkdaşı, psixoloq Zülfiyyə Sadıq bildirib ki, cəmiyyətdə uşaq və yeniyetmələrlə bağlı rastlaşdığımız problemlərin kökündə həmişə ailədaxili münasibətləri əsas götürürük:

"Təcrübədə rast gəlinən problemlər sırasına yeniyetmələrin valideynləri tərəfindən başa düşülməməsi, hüquqlarının məhdudlaşdırılması, şəxsi həyatlarına müdaxilə edilməsi, onları özləri ilə müqayisə etmələri, eyni həyat tərzini və tərbiyə metodlarını yeniyetmələrə tətbiq etmələri, seçim hüququnun verilməməsi, yaş dövrünün xüsusiyyətlərinin nəzərə alınmaması kimi hallar daxildir. Bunlar valideyn-övlad münasibətlərində gərginliklərin yaranmasına səbəb olur".

Böhran vəziyyətində valideyn nə etməlidir?

Mütəxəssis bildirib ki, yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması da vacibdir:

"Buna görə də valideyn onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir. Yeniyetmələrin psixi sağlamlığını təmin etmək üçün ailə və dostlarla münasibəti sağlam olmalıdır. Onun sosial həyatını davam etdirə biləcəyi mühit təmin edilməlidir. Sosial təcrid vəziyyətində yeniyetmələr günlərini doldurmaq üçün müxtəlif faydasız fəaliyyətlərlə məşğul ola bilərlər. Bu da internet və oyun aludəçiliyi yaradır".

Mütəxəssis qeyd edir ki, yeniyetmələri maraqlarına uyğun fəaliyyətə yönləndirmək vacibdir. Lakin onları internetdən istifadə və ya oyun oynamaqdan tamamilə məhrum etmək olmaz. Problemi həll etmək üçün birlikdə gündəlik oyun və əlavə fəaliyyətlər fikirləşmək olar:

"Böhran vəziyyətinə səbəb olan hadisəni aydın şəkildə izah etməyə və bütün sualları cavablandırmağa çalışmaq, ailədə və ya uşağa yaxın insanlar arasında itki olduqda bu barədə yeniyetmə ilə danışmaq lazımdır. Valideyn yeniyetmə ilə ünsiyyət zamanı onu aktiv dinləməli, göz kontaktında olmalı, nə deməsindən asılı olmayaraq, mühakimə etməməli, günahlandırmamalı, problemlərinin həllinə səbirlə yanaşmalı, yeniyetmənin hiss və emosiyalarını ifadə etməsinə imkan verməlidir. Yeniyetmə də valideynlə ünsiyyətdən qaçırsa, ən azı iki həftə davam edən əhval-ruhiyyədə düşkünlük, fəallığın azalması, tez yorulma, marağın və zövqalma hissinin itirilməsi, çarəsizlik hissi, özünüqiymətləndirmə və özünəinamın aşağı olması və s. kimi depressiv əlamətlər və ya əsassız olan təşviş hissinin olduğu müşahidə edildikdə mütləq peşəkar psixoloji xidmətə müraciət edilməsi tövsiyə olunur".

Kobudluq, itaətsizlik, höcətlik...

Z.Sadıq bildirib ki, yeniyetmələrin davranışında yaranan neqativ reaksiyaların əsas səbəbləri valideyn-övlad münasibətlərindəki ziddiyyətlər, ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədaxili ünsiyyətin zəif olması, yeniyetmənin özünü qeyri-adekvat qiymətləndirməsi, özünəinamsızlıq, qrupdaxili mövqeyinin sabit olmaması və s.-dən qaynaqlanır. Yeniyetməlik dövründəki neqativ davranış reaksiyaları böyüklərin himayə və nəzarətindən xilas olmaq cəhdində, açıq emansipasiya reaksiyası - kobudluq, itaətsizlik, höcətlik, böyüklərin fikir və göstərişlərini, mövcud qayda-qanun və ənənələri saymamaqda, gizli emansipasiya reaksiyası - səfillik, cinsi sərbəstlik, qeyri-formal asosial qrupların yaradılmasında özünü göstərir.

"Uşaqdır", "mən nə deyirəmsə, onu etməlidir"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyir ki, müasir dövrün uşaqları daha çox informasiyalıdırlar. Valideyn uşağa yanaşanda artıq onu əvvəlki ənənələrə əsasən, "uşaqdır", "mən nə deyirəmsə, onu etməlidir" tipli qəbul etməli deyil:

"Valideyn uşağın ailənin bir hissəsi olduğunu, uşağın da ailədə söz haqqı olduğunu qəbul etməlidir. Ailə ilə bağlı hansısa qərarlar verildikdə uşağa bildirmək, məsləhətləşmək lazımdır ki, o da özünü ailənin bir hissəsi hesab edə bilsin. Əks halda, o, özünü tək hiss edə, bu zaman öz istədiyi qərarları verə bilər. Uşaq başa düşməlidir ki, verdiyi qərarlarla onun da ailədə məsuliyyəti var".

"Problemin kökündə dərs yükünün çox olması dayanmır"

Həmsöhbət bildiribr ki, problemin kökündə dərs yükünün çox olması dayanmır:

"Hazırda Azərbaycanda elə uşaqlar var ki, bir gündə 3-4 hazırlığa gedir, fərqli istiqamətlərdə hazırlaşır, hətta bununla yanaşı, beynəlxalq sertifikat üçün çalışanlar da var. Həmin uşağı analiz edəndə görürsən ki, hər şey qaydasındadır, ailə ilə bağları yerindədir. Çünki uşaq ailənin bir hissəsi olduğunu dərk edir və ona ailədə hörmət olunur. Yorğunluq, əlbəttə, ola bilər, amma buna görə ailədən imtina etmək o deməkdir ki, ailənin bir hissəsi olduğunu dərk etmir, geridə qalanların necə narahat olacağını düşünmür. Yaxud da onun başa düşməyi üçün nələrsə olunmayıb".

"Məktəbdə bu narahatlıq görünməyibsə..."

Mütəxəssis vurğulayır ki, belə məqamlarda məktəblər də öz funksiyasını yerinə yetirməlidir:

"Yəni məktəblər sosial emosional inkişafla bağlı işlər görməlidirlər. Hər bir yeniyetmənin emosional çətinliyi məktəbdə və ailədə aşkar oluna bilər. Məktəbdə bu narahatlıq görünməyibsə, bu da problemdir. Məktəblər prosesə qoşulmalı, pedaqoqların uşaqların emosional vəziyyətlərini dəyərləndirmələri üçün bacarıqları artırılmalıdır. Müəllim uşağın davranışından, ifadə tərzindən başa düşməlidir ki, onda çətinlik var və məktəbin psixoloqunu cəlb etməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri