Valideynlər arasındakı münaqişələr az yaşlı uşaqların psixologiyasına və gələcəyinə mənfi …
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Adətən qarşımıza laqeyd, soyuqqanlı, sevgidən "qaçan" və ya problemli insan çıxanda onun davranışlarını uşaqlıqda yaaşdığı travmalarla əlaqələndiririk.
Psixoloqlar da çox zaman “uşaqlıq travması” adı verir, bu vəziyyətlərə...
Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münaqişənin səbəbindən, mahiyyətindən asılı olmayaraq, kiçik yaşlı uşaqlar - 9 yaşına qədər olan uşaqlar valideynlər arasında olan konfliktin səbəbini başa düşə bilmir.
Psixoloq Rafiq Allahverdiyev “Onlar niyə dalaşır, niyə yola gedə bilmirlər, niyə münaqişə yaranır”, uşaqlar bunun səbəbini və mahiyyətini başa düşmürlər və sadəcə qışqırtı, təhqir, vurmaq, döymək, söymək eşidir və görürlər.
Belə olan halda uşaqlarda inciklik yaranır. Onlar kiçik yaş dövrlərində hesab edirlər ki, valideynlər mənə görə dalaşırlar.
“Mən çox yedim, çox yatdım, hansısa əşyanı götürdüm, konfet istədim” və s. bu kimi hiss yaranır.
“Əgər mən atadan konfet istəməsəydim, dalaşmazdılar”, “mən anadan yeməyi, paltarı, gəzməyi istədim deyə atam anamla dalaşdı” deyə düşünür və onlarda günahkarlıq və inciklik hissi yaranır.
Tam oxu
Xəbəri oxu