Icma.az
close
up
RU
Valideynlər arasındakı münaqişələr az yaşlı uşaqların psixologiyasına və gələcəyinə mənfi təsir edir

Valideynlər arasındakı münaqişələr az yaşlı uşaqların psixologiyasına və gələcəyinə mənfi təsir edir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Adətən qarşımıza laqeyd, soyuqqanlı, sevgidən "qaçan" və ya problemli insan çıxanda onun davranışlarını uşaqlıqda yaaşdığı travmalarla əlaqələndiririk. Psixoloqlar da çox zaman “uşaqlıq travması” adı verir, bu vəziyyətlərə...

Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, münaqişənin səbəbindən, mahiyyətindən asılı olmayaraq, kiçik yaşlı uşaqlar - 9 yaşına qədər olan uşaqlar valideynlər arasında olan konfliktin səbəbini başa düşə bilmir.

Psixoloq Rafiq Allahverdiyev

“Onlar niyə dalaşır, niyə yola gedə bilmirlər, niyə münaqişə yaranır”, uşaqlar bunun səbəbini və mahiyyətini başa düşmürlər və sadəcə  qışqırtı, təhqir, vurmaq, döymək, söymək eşidir və görürlər. Belə olan halda uşaqlarda inciklik yaranır. Onlar kiçik yaş dövrlərində hesab edirlər ki, valideynlər mənə görə dalaşırlar. “Mən çox yedim, çox yatdım, hansısa əşyanı götürdüm, konfet istədim” və s. bu kimi hiss yaranır. “Əgər mən atadan konfet istəməsəydim, dalaşmazdılar”, “mən anadan yeməyi, paltarı, gəzməyi istədim deyə atam anamla dalaşdı” deyə düşünür və onlarda günahkarlıq və inciklik hissi yaranır. Uşaqlar böyüdükdən sonra ailə həyatında,dostları ilə və s. münaqişələr yaşadıqda dərhal kompromisə gedə bilmir, çıxış yolu tapa bilmirlər və onlarda şübhə hissi yaranır. Onlar özlərindən başqa hamını günahlandırırlar. Ən pis halda, hər uğursuzluqda özlərini günahkar hesab edirlər”-deyə Rafiq Allahverdiyev qeyd edib.

Psixoloq əlavə edib ki, az yaşlı və valideynləri ilə problem yaşamış uşaqlar diş ağrısı, miqren və böyrək ağrılarına meylli olurlar.

“7-9 yaşda uşaqlar valideynlər arasındakı münaqişələrə şahidlik edirsə, aqressivlik hissi yaranır. 9-12 yaşlı uşaqlar valideynlərinin bir-birini təhqir etməsinə aqressiv münasibət göstərir. Ata-ananın bir-birini söyməsinə şahid olan uşaqlar, sonradan onlardan birinə qarşı ögey münasibət bəsləyir. Valdeynə qarşı güvən hissi itir və uşaq özünü köməksiz, qorunma hissinə möhtac hiss edir. Qorunmasızlıq hissi uşaqlarda təşviş duyğusu yaradır və onlarda “birdən” anlamı yaranır. “Birdən səhv etsəm”, “birdən yıxılsam” v. s. düşüncələr uşaqlarda aqressiv qorxu hissi yaradır. İtirməkdən, uğursuzluqdan, sevilməməkdən qorxmaq hissi... Belə uşaqlarda enurez yaranır. Eyni zamanda belə uşaqlarda qorxu, həyəcan və s. ilə yaranan ürək xəstəlikləri ortaya çıxa bilir. Böyüyəndə bu uşaqlarda məsuliyyətdən qaçma hissi yaranır və münaqişəli ailələrdə böyüyən uşaqlar xoşbəxt ola bilmirlər”-deyə psixoloq Rafiq Allahverdiyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri