Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məktəbəqədər təhsil uşağın gələcək inkişafı üçün ən mühüm mərhələlərdən biridir.
Uşaq bağçası yalnız bilik qazandıran deyil, həm də onun sosial bacarıqlarını, emosional sabitliyini və gündəlik vərdişlərini formalaşdıran mühüm mühitdir.
Buna görə də valideynlər bağça seçərkən müxtəlif çətinliklərlə üzləşir.
Bəs valideynlər bağça seçimi edərkən xüsusi olaraq nəyə diqqət etməlidir?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Məktəbəqədər təhsil müəssisələrində metodikanın təşkili üzrə şöbə müdiri, metodist Vüsalə Mustafayeva bildirib ki, bağça seçərkən bəzi əsas məqamlara xüsusi fikir verməlidir: "Valideynlər bağça seçərkən əsas tədris proqramı və yanaşma üsullarına diqqət yetirməlidir.
Məktəbəqədər təhsildə tədris proqramı uşağın yaş xüsusiyyətlərinə uyğun qurulmalı, bilikdən çox bacarıq və vərdişlərin inkişafına yönəlməlidir.
Əsas yanaşma oyun əsaslı öyrənmə olmalıdır. Çünki, oyun uşağın ilk dərsidir, öyrənmək isə onun macərasıdır.