Icma.az
close
up
RU
Valideynlər bağça seçimi Nələrə diqqət edilməlidir?

Valideynlər bağça seçimi Nələrə diqqət edilməlidir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məktəbəqədər təhsil uşağın gələcək inkişafı üçün ən mühüm mərhələlərdən biridir. Uşaq bağçası yalnız bilik qazandıran deyil, həm də onun sosial bacarıqlarını, emosional sabitliyini və gündəlik vərdişlərini formalaşdıran mühüm mühitdir. Buna görə də valideynlər bağça seçərkən müxtəlif çətinliklərlə üzləşir.

Bəs valideynlər bağça seçimi edərkən xüsusi olaraq nəyə diqqət etməlidir?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Məktəbəqədər təhsil müəssisələrində metodikanın təşkili üzrə şöbə müdiri, metodist Vüsalə Mustafayeva bildirib ki, bağça seçərkən bəzi əsas məqamlara xüsusi fikir verməlidir:

"Valideynlər bağça seçərkən əsas tədris proqramı və yanaşma üsullarına diqqət yetirməlidir. Məktəbəqədər təhsildə tədris proqramı uşağın yaş xüsusiyyətlərinə uyğun qurulmalı, bilikdən çox bacarıq və vərdişlərin inkişafına yönəlməlidir. Əsas yanaşma oyun əsaslı öyrənmə olmalıdır. Çünki, oyun uşağın ilk dərsidir, öyrənmək isə onun macərasıdır. Bu üsul uşağın təfəkkürünü, sosialemosional bacarıqlarını, nitqini və yaradıcılığını inkişaf etdirir. Proqram balanslı şəkildə idrak, nitq, motorika, emosional və sosial inkişafı əhatə etməli, hər bir uşağın fərdi potensialını üzə çıxarmağa imkan yaratmalıdır.” 

Vüsalə Mustafayeva əlavə edib ki, məktəbəqədər təhsildə müəllim heyəti uşaqların inkişafında əsas rol oynayır:

"Onların pedaqoji bilik və psixoloji hazırlığı ilə yanaşı, uşaqlara sevgi, səbir və anlayışla yanaşması vacibdir. Uşaqlar müəllimin sevgisini gördükdə, bilik onları özü tapır. Peşəkar müəllim uşağın maraqlarını nəzərə alır, fərdi yanaşma göstərir və öyrənməyə həvəs yaradır. Müəllimlərin mehriban münasibəti uşaqların bağçada özünü təhlükəsiz və xoşbəxt hiss etməsinə zəmin yaradır. Uşaqlar ən çox nümunə vasitəsilə öyrənirlər. Müəllimlərin davranışı, valideynlərin yanaşması və digər uşaqların əməlləri onların gündəlik vərdişlərinə çevrilir. Məsələn, müəllim uşaqlara hörmət və səbir göstərdikdə, uşaqlar da eyni davranışı mənimsəyirlər. Eyni zamanda, praktik fəaliyyətlər – oyunlar, eksperimentlər, yaradıcılıq tapşırıqları – uşaqların bilik və bacarıqlarını möhkəmləndirir. Təcrübə və nümunə birlikdə uşağın şəxsiyyətinin və sosial bacarıqlarının inkişafını təmin edir”. 


Həmsöhbətimiz vurğulayıb ki, bağçada uşaqların sağlamlığı və rahatlığı üçün təhlükəsizlik və gigiyena əsas şərt olmalıdır:

"Sağlam uşaq təhlükəsiz mühitdə böyüyər. Oyun meydançaları və otaqlar təhlükəsiz, təmiz və uşaqlar üçün uyğun olmalıdır. Yemək menyusu sağlam qidalardan ibarət olmalı, şəxsi gigiyena vərdişlərinin öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Təmizlik və qaydalara riayət uşaqların sağlam böyüməsinin təminatıdır. Məktəbəqədər müəssisələrdə uşaqların sağlamlığı üçün otaqların mütəmadi havalandırılması vacibdir. Təmiz hava uşaqların həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir. Eyni zamanda, bağçada həkim və ya tibb bacısının olması uşaqların gündəlik sağlamlıq vəziyyətinə nəzarət, xəstəliklərin vaxtında aşkarlanması və profilaktik tədbirlərin aparılması üçün mühüm əhəmiyyət daşıyır. Bu amillər uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsini təmin edir. Bir sözlə təmiz hava və qayğı uşağın sağlam gələcəyidir”. 

Vüsalə Mustafayevanın sözlərinə görə, bağçalarda inklüziv mühitin yaradılması hər bir uşağın birlikdə öyrənməsinə və inkişafına imkan verir:

"Xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsilə cəlb olunması tolerantlıq, empati və dostluq münasibətlərini gücləndirir. Hər uşaq fərqlidir, amma birlikdə böyümək hər kəsin haqqıdır. İnklüziv yanaşma bütün uşaqlarda sosial bacarıqları inkişaf etdirir və onların cəmiyyətə daha yaxşı inteqrasiyasını təmin edir. Uşağın inkişafında bağça və valideynlərin əməkdaşlığı böyük rol oynayır. Bağça uşağın gündəlik fəaliyyəti, nailiyyətləri və davranışı barədə valideynləri məlumatlandırmalı, valideynlər də uşağın evdəki öyrənmə və tərbiyə prosesinə dəstək olmalıdır. Qarşılıqlı ünsiyyət və əməkdaşlıq uşağın həm sosial, həm də emosional inkişafını gücləndirir. Bağçada uşaqların xoşbəxt və rahat böyüməsi üçün sosial və emosional mühit çox vacibdir. Mütləq mühit mehriban və dəstəkləyici olmalıdır. Xoşbəxt uşaq, mehriban mühitdə böyüyər. Uşaqların dostluq münasibətləri qurması, özünü ifadə etməsi və kollektiv fəaliyyətlərdə iştirak etməsi təşviq edilməlidir”. 

Metodist son olaraq vurğulayıb ki, pozitiv intizam və yönləndirici yanaşma uşaqların emosional sabitliyini və özünəinamını gücləndirir:

"Məktəbəqədər təhsil uşağın həyatının təməlini qoyan ən mühüm dövrdür. Doğru bağça seçimi, peşəkar müəllim heyəti, təhlükəsiz və sağlam mühit, inklüziv yanaşma, valideynlərin əməkdaşlığı və sosial-emosional dəstək uşağın gələcək uğurları üçün əsasdır. Unutmayaq ki, uşağa verilən hər bir sevgi, qayğı və düzgün yönləndirmə onun şəxsiyyətini və dünyagörüşünü formalaşdırır. Sağlam və xoşbəxt uşaq – güclü gələcəyin təməlidir”.

Günay İlqarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri