Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Dini mərasimlərdə azyaşlıların iştirakı cəmiyyətdə hər zaman fikir ayrılıqlarına səbəb olur. Həmçinin uşaqların dini etimada tabe edilməsi insanlarda narazılıq doğururdu. Azərbaycan uşaqların dini etimada məcbur edilməsini qadağan edən qanun hazırlanıb. Buna görə də məsələnin hüquqi tərəfinin tənzimləndiyini deyə bilərik. Bəs İslam dini buna nə deyir?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Qurani Kərimdə din məsələsində əsas prinsip məcburiyyətin olmamasıdır:
"“Dində məcburiyyət yoxdur” ayəsi imanın yalnız şüurlu seçimlə formalaşa biləcəyini göstərir. Digər ayədə isə insanın inanmaq və ya inkar etməkdə azad olduğu bildirilir. Bu azad seçim məsuliyyət tələb edir. Uşaq isə hələ belə şüurlu dini qərar vermək yaşında olmur".
O bildirib ki, Peyğəmbərin yanaşması da zorakılığa deyil, mərhəmətə əsaslanıb:
"O, insanları qorxu ilə yox, sevgi və izahla dinə yaxınlaşdırırdı. “Asanlaşdırın, çətinləşdirməyin” buyuruğu bu yanaşmanı açıq şəkildə ifadə edir. Uşağa dini dəyərlər aşılanmalıdır, lakin bu, zorla deyil, mərhələli və nümunəvi şəkildə olmalıdır".
İlahiyyatçı deyib ki, müasir psixologiya da göstərir ki, uşağa məcburi dini və ya ideoloji kimlik yükləmək onun sağlam inkişafına zərər vurur:
"Avropa təcrübəsində dini bilik verilir, amma seçim hüququ qorunur. Uşaq məlumatlanır, lakin qərarı yetkinlik dövründə özü verir. Bu yanaşma radikallaşmanın qarşısını almaqda da effektiv sayılır. Bu səbəbdən uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunması həm hüquqi, həm də dini baxımdan əsaslıdır. Din məcburiyyətlə deyil, könüllü qəbul edildikdə mənalı olur. Məcburi ibadət formal xarakter daşıyır, könüllü ibadət isə daxili inancın ifadəsidir".
"Valideyn uşağa dini öyrədə, dindən danışa və nümunə ola bilər. Amma onu zorla ibadətə və ya müəyyən dini kimliyə məcbur etməməlidir. Din sevgi və şüurla ötürüldükdə həm fərdi, həm də cəmiyyəti sağlamlaşdırır"- deyə ilahiyyatçı qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Qurani Kərimdə din məsələsində əsas prinsip məcburiyyətin olmamasıdır: