Valideynlərin etdiyi bu səhv uşaqları dindən uzaqlaşdırır İslamın qadağan etdiyi məqam
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Dini mərasimlərdə azyaşlıların iştirakı cəmiyyətdə hər zaman fikir ayrılıqlarına səbəb olur. Həmçinin uşaqların dini etimada tabe edilməsi insanlarda narazılıq doğururdu. Azərbaycan uşaqların dini etimada məcbur edilməsini qadağan edən qanun hazırlanıb. Buna görə də məsələnin hüquqi tərəfinin tənzimləndiyini deyə bilərik. Bəs İslam dini buna nə deyir?
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Qurani Kərimdə din məsələsində əsas prinsip məcburiyyətin olmamasıdır:
"“Dində məcburiyyət yoxdur” ayəsi imanın yalnız şüurlu seçimlə formalaşa biləcəyini göstərir. Digər ayədə isə insanın inanmaq və ya inkar etməkdə azad olduğu bildirilir. Bu azad seçim məsuliyyət tələb edir. Uşaq isə hələ belə şüurlu dini qərar vermək yaşında olmur".
O bildirib ki, Peyğəmbərin yanaşması da zorakılığa deyil, mərhəmətə əsaslanıb:
"O, insanları qorxu ilə yox, sevgi və izahla dinə yaxınlaşdırırdı. “Asanlaşdırın, çətinləşdirməyin” buyuruğu bu yanaşmanı açıq şəkildə ifadə edir. Uşağa dini dəyərlər aşılanmalıdır, lakin bu, zorla deyil, mərhələli və nümunəvi şəkildə olmalıdır".
İlahiyyatçı deyib ki, müasir psixologiya da göstərir ki, uşağa məcburi dini və ya ideoloji kimlik yükləmək onun sağlam inkişafına zərər vurur:
"Avropa təcrübəsində dini bilik verilir, amma seçim hüququ qorunur. Uşaq məlumatlanır, lakin qərarı yetkinlik dövründə özü verir. Bu yanaşma radikallaşmanın qarşısını almaqda da effektiv sayılır. Bu səbəbdən uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunması həm hüquqi, həm də dini baxımdan əsaslıdır. Din məcburiyyətlə deyil, könüllü qəbul edildikdə mənalı olur. Məcburi ibadət formal xarakter daşıyır, könüllü ibadət isə daxili inancın ifadəsidir".
"Valideyn uşağa dini öyrədə, dindən danışa və nümunə ola bilər. Amma onu zorla ibadətə və ya müəyyən dini kimliyə məcbur etməməlidir. Din sevgi və şüurla ötürüldükdə həm fərdi, həm də cəmiyyəti sağlamlaşdırır"- deyə ilahiyyatçı qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Valideynlərin 90 faizinin etdiyi səhv: Bu ifadə...
08 Mart 2025 19:56
Valideynlərin nəzərinə! Uşaqları silkələməyin!
16 Noyabr 2024 03:34
Yetikinləşməmiş valideynlərin yaralı uşaqları
11 Avqust 2025 16:15
Yetkinləşməmiş valideynlərin yaralı uşaqları...
04 Avqust 2025 10:53
Valideynlərin uşaqlarına qarşı etdiyi 5 ən böyük SƏHV
01 İyun 2025 22:14
Baxış sayı:74
Bu xəbər 29 Yanvar 2026 21:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları