Icma.az bildirir, Sherg.az portalına istinadən. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidirAzərbaycan Prezidenti İlham Əliye
Cənubi Qafqazın ən böyük iqtisadi potensialına çevrilən ölkəmizin iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz.
Bu gün ölkəmiz iqtisadi və siyasi cəhətdən heç bir ölkədən asılı deyil.
Ölkəmizdə, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir.Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir.
Azərbaycanın dinamik inkişafını təmin edən və ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb.
Dövlətimizin başçısının sosial siyasəti yalnız ölkənin iqtisadi inkişafını deyil, həm də vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini hədəfləyir.Prezidentin yerli televiziya kanallarına müsahibəsində sosial-iqtisadi sahədə aparılan islahatlarla bağlı fikirlərini “Sherg.az”a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynovun sözlərinə görə, hər il yanvar ayının ilk ongünlüyündə, yeni ilin başlanğıcında cənab prezidentin yerli telekanallara müsahibə verməsi, artıq uzun illərdir bir ənənə halını alıb.
Ekspert açıqlamasında deyib ki, ölkə başçısı müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair sualları cavablandırıb: “Azərbaycanın son illərdəki uğurlarını hərtərəfli təhlil edib, iqtisadi məsələlərə xüsusi yer ayırıb.
Qeyd edilib ki, keçən il ölkəmiz üçün iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub. Azərbaycanın iqtisadiyyatı müsbət inkişaf edir.