Icma.az
close
up
RU
Valyuta ehtiyatları 5 milyard dollardan çox artıb ŞƏRH

Valyuta ehtiyatları 5 milyard dollardan çox artıb ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir



Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibə, ölkənin iqtisadi siyasətinin uğurlarını və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm çıxışlardan biri oldu.

Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir.

Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına çevrilən ölkəmizin iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz iqtisadi və siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. Azərbaycanın dinamik inkişafını təmin edən və ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Dövlətimizin başçısının sosial siyasəti yalnız ölkənin iqtisadi inkişafını deyil, həm də vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini hədəfləyir.


Prezidentin yerli televiziya kanallarına müsahibəsində sosial-iqtisadi sahədə aparılan islahatlarla bağlı fikirlərini “Sherg.az”a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Adil Hüseynovun sözlərinə görə, hər il yanvar ayının ilk ongünlüyündə, yeni ilin başlanğıcında cənab prezidentin yerli telekanallara müsahibə verməsi, artıq uzun illərdir bir ənənə halını alıb. 

Ekspert açıqlamasında deyib ki, ölkə başçısı müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair sualları cavablandırıb:

 “Azərbaycanın son illərdəki uğurlarını hərtərəfli təhlil edib, iqtisadi məsələlərə xüsusi yer ayırıb. Qeyd edilib ki, keçən il ölkəmiz üçün iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub. Azərbaycanın iqtisadiyyatı müsbət inkişaf edir. Ötən il ümumi daxili məhsul 4 faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Məlumdur ki, son vaxtlar neft hasilatında tənəzzül mövcuddur, lakin aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, görərik ki, qeyri-neft sektorunda inkişaf daha uğurludur, 6 faizdən çox artıb. Artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım 7 faizdən çoxdur. Bu nəticəni uğurlu saymaq olar. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq. Ötən il ölkənin valyuta ehtiyatları 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir”.


A.Hüseynovun fikrincə, ikinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Azərbaycan burada da dünyada liderlər sırasındadır. Çünki ölkənin xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir:

 “Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. 

Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu 14 dəfə üstələyir. Bu gün inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur.

Ölkənin xarici borcu bu gün 5.2 milyard dollara bərabərdir və illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Ölkə başçısı tərəfindən də müvafiq göstərişlər verilib.

Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Prezident İlham Əliyevin dediyi kimi: “Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək”.

Onu da qeyd edək ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artaraq 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see224

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see185

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see179

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see170

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see168

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see167

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri